Bir «Cənub» mehmanxanasında…

Şəhərin ortasında insanlara kələk gəlirlər

Xidmət, şərait və personalın davranışına görə orta əsrlər dövrünü xatırladan mehmanxana «Evrovision»a hazırlaşan ölkə üçün üz qarasıdır.

Bu günlərdə yolum «Cənub» mehmanxanasına düşdü. Hal-hazırda Bakı şəhərində ən ucuz sayılan bu oteldə bir adamın bir gecə dincəlməsinin ən ucuz 30 manata başa gələcəyini söylədilər. Əlacsızlıqdan razılaşdım. Özünü Məzahir kimi qələmə verən bir nəfər otaqda kondisioner, isti və soyuq su olduğunu söylədi. Pulumu ödəyib 409-cu otaqda bir yer aldım. İki nəfərlik otaqda ilk nəzərimə çarpan kondisionerin olmaması oldu. Düşündüm ki, bir gecəlik dözərəm. Hamam otağına keçməmişdən öncə nə qədər axtarsam da, dəsmal tapa bilmədim. Hamama keçəndə isə aydın oldu ki, bu otaqda nəinki isti, hətta soyuq su da yoxdur. Oteldən çıxası oldum. Doğrudur, 30 manat pulumu geri aldım. Ancaq bir vətəndaş kimi mən bir şeyi düşünürəm. Doğrudanmı biz «Evrovision-2012»-yə ev sahibliyi etməyə hazırlaşırıq? Qiyməti üç ulduzlu oteldən baha olan bir otelin şəraitini belə görən əcnəbilər bizim barəmizdə nə düşünəcək? Bu sualı otelin sahibinə vermək istədim. Əfsuslar olsun ki, onu kimliyi heç işçilərə də bələd deylmiş.

Əlövsət Qasımlı

İ.S. Bəzi mənbələrdən əldə etdiyim bilgilərə görə, «Cənub» oteli rəsmi olaraq təmirə dayandığı üçün çalışmır. Çalışmırsa, o zaman niyə pul alıb adam saxlayırlar?!

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button