“Bizim yol” qəzeti çapını dayandırdı-Bahəddin Həziyev qərarını elan etdi

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bahəddin Həziyev rəhbərlik etdiyi “Bizim yol” qəzetinin fəaliyyətini dayandırıb.

Strateq.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Baş redaktor qeyd edib ki, “Bizim yol” qəzetinin çap versiyası dayandırılsa da, onlayn versiyada davam edəcəklər.

Xatırladaq ki, KİVDF Müşahidə Şurasının bu gün keçirilən toplantısında qəzetlərin maliyyələşdirilməsinin yeni qaydaları müəyyənləşdirilib. 

Yeni qaydalarla tanışlıqdan məlum olur ki, 2019-cu ilin ikinci rübündən etibarən, yalnız tirajı 5 min nüsxə, satış tirajı isə 2 min nüsxədən az olmayan qəzetlər KİVDF-dən maliyyə yardımı ala biləcəklər.

Şərtlərin belə ağırlaşdırılmasından sonra bir sıra qəzetlər ikinci yarımilliyi gözləmədən indidən KİVDF-dən keçmiş layihələrini dayandırıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button