Boks qalmaqalından yeni xəbər

BBCnin məlumatı Bakı çempionatının mahiyyətini dəyişib

 BBC-nin Azərbaycanın rüşvət verməsi ilə bağlı qalmaqallı məlumatından sonra Bakıda boks üzrə keçirilən dünya çempionatı üçün hazırlanan planlar dəyişib.

Boks üzrə dünya çempionatında iştirak edən soydaşlarımızdan birinin XuralTAC-a verdiyi məlumata görə, artıq Azərbaycanı təmsil edən idmançıların uduzmasına şərait yaradılır: «Bilirsiniz ki, Bakıda keçirilən bu çempionat həm də London Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Əvvəlcədən qərarlaşdırılmışdı ki, bizə 9 mümkün çəki dərəcəsində yarımfinala qədər irəliləmək imkanı veriləcək. Yarımfinala qədər yüksəlmək artıq lisenziyanın qazanılması deməkdir. Çempionat Bakıda keçirildiyi üçün yerli idmançılar dağınıq püşkatmada iştirak üstünlüyü də qazanırlar və bu üstünlük yarışmaya qatılan idmançılarımızın çoxluğunda özünü göstərir. Nəzərdə tutulurdu ki, biz bu üstünlükdən istifadə edəcək, o qədər də güclü olmayan rəqiblərlə düşəcək və London olimpiya oyunlarına lisenziya qazanacağıq. Ancaq BBC-nin məlum qalmaqallı süjetindən sonra bu qərar ləğv edildi. Hazırda nəzərdə tutmadığımız, ən azı psixoloji olaraq hazırlaşmadığımız çox güclü idmançılarla düşürük və ilk mərhələdəcə uduzuruq. Artıq 2 boksçumuz çevpionatı yarıda tərk etmək məcburiyyətində qalıb».

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button