Boksla bağlı skandal iddia!

Bakıda keçirilən çempionatda «nəticələr» əvvəlcədən razılaşdırılıb?!

 Azərbaycan yığma komandası 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanacaq və London-2012 Olimpiya oyunlarına 6 lisenziya təmin edəcək…

 Bakıda keçirilən Boks üzrə dünya çempionatında əldə edəcəyimiz «nəticələr» əvvəlcədən razılaşdırılıb.

Bu barədə XuralTAC-a çempionatda iştirak edən idmançılardan biri məlumat verib. İştirakçının sözlərinə görə, əvvəlcədən razılaşdırıldığı kimi, Azərbaycan yığma komandası 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanacaq və London-2012 Olimpiya oyunlarına 6 lisenziya təmin edəcək.

Medalların hansı çəki dərəcəsində əldə ediləcəyi gizli saxlanılır.

Əlavə edək ki, bu məlumatı dəqiqləşdirmək mümkün deyil. Bizə yalnız bir neçə gün gözləmək düşər. Dünya çempionatı bitəndən sonra faktı müqayisə etmək imkanımız olacaq.

Çempionat bitər-bitməz mövzuya qayıdacağıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button