“Böyük Orta Doğu” projesi və Tərtər cinayəti: Onları birləşdirən nədir?

Fuad Məmmədov
Cənubi Qafqaz, Azərbaycan üzərindən “Şimal-Cənub” dəhlizi ilə keçib “Böyük Orta Doğu” projesini reallaşdıran rusiyaya bu yolu vermək qardaş Türkiyəyə xəyanət etmək deməkdir.
– İranda gərginlik səngiməyəcək, Fransa və Rusiya iğtişaşların eyni templə davam etməsini inqilab mərhələsinə kimi aparacaq;
– “Böyük Orta Doğu” projesinin reallaşması üçün Azərbaycan üzərindən Rusiyaya regional dəstək vacibdir;
– Məhz “Tərtər_1767” Dövlət Terrorunu törədən yerli xain şəbəkə üzvləri Rusiyanın “Böyük Orta Doğu” projesinin Azərbaycan üzrə hərəkətverici mexanizmlərindən biridir;
– Bu səbəbdən “Tərtər_1767” Dövlət Terrorunu törədən əsas təşkilatçı və icraçıların cəzalanması prosesi süni şəkildə ləngidilir;
– Cinayət işinin başlanması, sıravi icraçıların həbsi, bəzi əsas sıravi icraçıların Rusiyaya qaçırılması, istintaqın uzadılması keçid mərhələsi üçün hesablanan planın tərkib hissəsidir;
– Hazırda “Böyük Orta Doğu” projesinin Azərbaycan regionu üzrə keçid mərhələsində Rusiyaya bağlı alternativ siyasi hakimiyyətin möhkələnməsi fəaliyyəti yerinə yetirilir;
– Rusiyaya bağlı alternativ siyasi hakimiyyətin yaxın gələcəkdə ölkənin rəhbərliyini zəbt edəcəyi zəmanətini də məhz Rusiya verir;
– Yalnız həmin alternativ siyasi konyunktura Rusiyadan aldığı hakimiyyət zəmanəti qarşılığında “Tərtər_1767 ” Dövlət Terrorunu törədən təşkilatçı və əsas icraçıların cəzalanmasını önləyir, o, hazırda Azərbaycanda Prezident İlham Əliyevin bütün qərarlarına yüksək təsiretmə imkanına malikdir;
Bəs o, kimdir… O, bir əfi ilandır…Onu bağışlamaq olarmı?
– Məhz həmin koyuktura sahibinin güclü təsir iradəsilə İlham Aslanoğlu, Abid Qafarov, Əli Əliyev və Əvəz Zeynallı həbs olunub.
– Çünki adları çəkilən Vətən fədailərimiz “Böyük Orta Doğu” projesinin Azərbaycan üzərindən keçirilən anti-milli əməliyyatları daim ifşa edən aktiv ictimai fəallar olub;
– İlan baxışlı konyunkturanın hakim olacağı təqdirdə Rusiyanın Azərbaycan üzərində hegemonluğu daha da artacaq, bundan sonra mərhələli şəkildə ilk növbədə Türkiyənin, daha sonra İngiltərənin, ardınca isə İsrailin regiondan çıxarılması həyata keçiriləcək;
– Bunun üçün Rusiya 90-cı illərin əvvəllərində olduğu kimi Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına nail olmalıdır;
– 2023-cü ilin ikinci yarısında rusiya “Tərtər_1767” Dövlət Terrorunu törədən şəbəkənin vasitəsilə iğtişaşlar, vətəndaş qarşıdurması yaratmağa və Prezident İlham Əliyevin hərbi yolla devrilməsinə cəhd göstərəcək;
– Rusiya Azərbaycanda istədiyinə nail ola bilərsə, çox guman ki, həmin “ilan” elə rus müttəfiqi tərəfindən “aldanmış kəvakib” durumuna da salına bilər;
– Amma görünən odur ki, daha proqmatik və rasional xarici siyasət kursu seçmiş Prezident İlham Əliyevin də öz oyunu var.
Cənubi Qafqaz üzərində 2025-ci ilə kimi davam edəcək geo-siyasi həmlə və geo-strateji qarşıdurmaların sonu Anqlo-saks və Türk birliyinin qələbəsilə yekunlaşacaq. Qalan məsələləri Rusiya özü çözməyə çalışacaq.
Onlar Azərbaycan xalqının azad və rifah dolu həyatı naminə “urus köpəyi”nə çaqqallıq edən yerli xainlərin üzərinə alnı açıq, mərdi-mərdanə getdilər. Onları unutmayaq, unutdurmağa imkan verməyək:

Bir 3 nəfər və mətn şəkili ola bilər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button