“Bu, əvvəlcədən planlanlaşdırılmış, kəşfiyyatı aparılmış hadisədir!”

Türkiyəli general: “Bu, əvvəlcədən planlanlaşdırılmış, kəşfiyyatı aparılmış bir hadisədir”
“Hər hansı bir adamın əlinə silah alıb səfirliyin işçisinə hücum edərək onu öldürməsi mümkün deyil. Hesab edirəm ki, bu, əvvəlcədən planlanlaşdırılmış, kəşfiyyatı aparılmış bir hadisədir”.

Bu fikirləri ehtiyatda olan türkiyəli general Yücel Karauz Azərbaycanın İrandakı səfriliyinə edilən silahlı terrorla bağlı mövqeyini bildirərkən deyib.

“Bir ölkədə başqa bir ölkənin diplomatik korpusununun qorunması, mühafizəsi o dövlətin ən əsas vəzifəsidir. İran-Azərbaycan münasibətlərindəki mövcud durumu nəzərə alaraq, bu mühafizənin daha da gücləndirilməsi lazım olduğu halda, belə bir hadisənin baş verməsini sıradan bir hadisə kimi qiymətləndirmək olmaz”, – Y.Karauz əlavə edib.

Generalın fikrincə, bu hadisədə İran dövləti məsuliyyət daşıyır.

“Bu cür terror hadisələrinin təkrarlanmaması üçün çox diqqətli olmaq lazımdır”, – o, vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button