Bu gün şiə müsəlmanların matəm ayı olan Məhərrəm ayı başlayır

Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası, Azərbaycan dindarlarına müraciət edərək, onları, tədbirləri xüsusi karantin rejiminin tələblərini nəzərə almaqla keçirməyə çağırıb.

“Qazılar Şurası və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, bu il Məhərrəmlik dövründə məscidlərdə və ibadətgahlarda mərasimlərin karantin qaydalarına uyğun keçirilməsini tövsiyə edir”, deyə Qafqaz Müsəlmanları İdarəsinin müraciətində bildirilir.

Məhərrəm ayı müsəlman təqviminin ilk ayı, Quranda bəhs edilən dörd haram aydan biridir. Bu ayın 10-cu günü Aşura günüdür.

680-ci ildə Aşura günü, imam Hüseynin kiçik dəstəsi Kərbəla şəhəri yaxınlığında, Əməvilərlə qeyri-bərabər döyüşdə şəhid olub. Həmin vaxtdan etibarən, imam Əlinin tərəfdarları Aşuranı ümumi matəm kimi qeyd edirlər. Azərbaycanda adətən, Məhərrəm ayında təmtəraqlı tədbirlər, toylar, nişanlar keçirilmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button