Cəllad generala ömürlük həbs

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Məhkəmə noyabrın 22-si Haaqada serb general Ratko Mladiçə hökm oxuyub. General ömürlük həbsə məhkum olunub.

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinadakı serb hərbi qüvvələrinə komandanlıq edib. 2011-ci ildə həbs edilən general soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, müharibə qanun və qaydalarını pozmaqda ittiham olunub.

Məhkəmə prosesi 2012-ci il mayın 16-dan aparılıb.

Ratko Mladiçin 74 yaşı var. 1995-ci ilin iyulunda onun başçılıq etdiyi silahlı qüvvələr Srebrenitsa kəndində 7 mindən çox müsəlmanı qətlə yetirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button