Çətin zəmanə

Sera Rüstəm

Yeni təhsil mövsümü yaxınlaşır. İndi bir çox Azərbaycan məktəblisini tədris ilində atasının nə edəcəyi maraqlandırır… Milyonlar məmləkətinin “süpürgə pulu” dərdi çəkən məktəblilərinə ithaf edirəm..

Zəmanə çətindir, qazanmaq çətin!
Üzün qara olur inan hər yanda.
Gör nə günə qoyur bu pul insanı,
Valideyn utanır övlad yanında!

Bəzi müəllimlər utanmayaraq,
”Pul gətir”- deyərək üstünü kəsir.
Deyirsən, “Yoxumdur verə bilmərəm”,
Deyirlər, o zaman Ananı gətir.

Di gəl indi sən anana de bunu,
Elə bil anamın dərdləri azdır!
Qəpik-quruş yığıb verirsən pulu,
Götürəndə deyir hələ, “Bu azdır”!

Almağa da utanıram atamdan,
Axı o da pul verməkdən bezibdi.
Evdə dörd uşağıq, hərə bir yandan,
”Pul ver!”- deyə sinəsini kəsibdi.

Ey, ay həyat, açım-töküm deyirsən,

Sənin bu zəhərli damğalarını?
Sancanda insanı fikirləşmirsən,
Ki, həm də verəsən dərmanlarını!

 

Gəncə şəhəri, 9-cu sinif şagirdi

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button