“Cavid Qurbanovun yaxın qohumları məni qanunsuz həbs etdiriblər!” Məhbus BİT-dən yazır

Bakı İstintaq Təcridxanasında saxlanılan Babayev İlkin Əbülfəz oğlu qanunsuz həbsilə bağlı Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri, Ali Baş Komandan, Cənab İlham Əliyevə və KİV-nə müraciət ünvanlayıb. Müraciətdə deyilir: 

“Möhtərəm, Cənab Prezident!

Ölkəyə rəhbərlik etdiyiniz dövrdən bəri korrtupsiyaya qarşı mübarizə, məmur övlad və qohumlarının cinayət törədib və həmin əməllərinin, onların tutduğu vəzifələrdən sui-istifadə edərək gizlədilməsinə , ört-basdır edilməsinə qarşı mübarizə səyləriniz dillər əzbəridir.

02.02.2023-cü il tarixində prokurorluq orqanlarına rəsmi və qeyri-rəsmi dəvət olunduqdan sonra Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən qeyri-qanuni olaraq həbs edilmişəm. Səbəb isə Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirovun qardaşı, Azərbaycan Dəmiryolları QSC-nin sabiq sədri, hazırda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğlu Nahid Şəmşirovun vətəndaşların etibarından sui-istifadə edərək onlara qardaşının işlədiyi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində barələrində araşdırma olduğunu bildirib və bu araşdırmanı qardaşı prokuror Nicat Şəmşirovun vasitəsilə müəyyən rüşvət müqabilində işə xitam verəcəyini vəd edib, müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində alması olub. Bu cinayəti prokuror qardaşı Nahid Şəmşirovun törətməsi ilə bağlı kifayət qədər sübut və dəlillərin olmasına baxmayaraq, qardaşı Nicat Şəmşirov vəzifə səlahiyyətlərindən sui istifadə edərək, təzyiq göstərməklə və tapşırıqlar verməklə, Nahid Şəmşirovun izahatı formal olaraq alınıb və o sərbəst buraxılıb. Əvəzində isə, mən əvvəllər tanımadığım Etibar adlı şəxs həbs olunub. Bildirmək istəyirəm ki, bu prokuror Nicat Şəmşirovun himayədarlığı ilə tutduğu vəzifədən, xidmət apardığı ölkənin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nüfuzundan istifadə edərək, qardaşı Nahid Şəmşirovun törətdiyi və ört-basdır edildiyi yeganə korrupsiya cinayəti deyildir. Belə ki, hələ bir neçə il bundan əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Masallı rayon Sosial Müdafiə Fondunda keçirdiyi yoxlama zamanı prokuror qardaşı Nahid Şəmşirovun  Masallı rayon Sosial Müdafiə Fonduna rəhbərlik etdiyi dövr ərzində saxta əlillik, saxta müavinət və pensiyaların verilməsilə bağlı çoxlu sayda korrupsiya faktları aşkar olunmuşdur. Lakin hər zaman olduğu kimi qardaşı Nicat Şəmşirovun himayəsilə ifadəsi alınaraq sərbəst buraxılmış və bu araşdırmadan uzaq tutularaq, işdən kənarlaşdırılmışdı. Bundan başqa təxminən 2 il əvvəl prokuror qardaşı Nahid Şəmşirov Əlisəfa adlı şəxsin etibarından sui-istifadə edərək, onun əmisioğlu Azərbaycan Dəmiryolları QSC-nin həmin vaxt sədri olan Cavid Qurbanova müəyyən məbləğdə rüşvət vermək müqabilində sonuncunun ADY QSC-nin Loqistika İdarəsinin rəisi vəzifəsinə təyin etdirməyi vədini verib ondan külli miqdarda pulu rüşvət qismində alıb. Aldandığını görən Əlisəfa adlı şəxs Nahid Şəmşirovun dələduzluq əməli barədə hüquq-mühafizə orqanlarına şikayətini bildirib. Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində gedən araşdırma da həmişə olduğu kimi, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokuroru, qardaşı Nicat Şəmşirovun təsirilə işə xitam verilib.

Həbs olunduğumuz cinayət işi üzrə araşdırma aparan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin  müstəntiqi, kiçik Ədliyyə müşaviri İlyas Hüseynov da eyni təzyiq və təsir altında süründürməçiliyə yol verərək, AR CPM-nin müvafiq tələblərini  kobud şəkildə pozaraq, prokuror qardaşı Nahid Şəmşirovun bu cinayəti törətməyi barədə kifayət qədər dəlil və sübutların olmasına baxmayaraq, onu 3 ay, 7 gündən sonra- 09.05.2023-cü ildə bu işə cəlb etmiş və barəsində axtarış qərarı çıxarılmış halda, bilə-bilə onun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmayıb. Bununla da o, korrupsiya cinayəti törədən şəxsin qaçaraq, ölkənin hüdudlarını tərk edib istintaqdan yayınmasına şərait yaradıb. Bu azmış kimi mənə heç bir aidiyyatı olmayan cinayət materialları və şikayət ərizələrini qeyri-qanuni olaraq bu işə birləşdiriblər. İstintaq prosesi zamanı bir nəfər də olsun şikayətçi ilə üzləşmə keçirilməmiş, mənim və vəkilimin qanuni vəsatətləri təmin edilməyib.

Möhtərəm, Cənab Prezident!  

Bu ölkənin korrupsiyaya qarşı mübarizə aparan baş idarəsi əməkdaşlarının süründürməçiliyə yol verərək, korrupsiya cinayətlərini törədən məmur qohumunun ölkədən qaçmasına və bilərəkdən istintaqdan yayınmasına imkan yaratmaları Sizin onlara verdiyiniz vəzifə səlahiyyətlərindən sui istifadə etməsi deməkdir.

Ulu öndər Heydər Əliyevin dediyi kimi, dövlət iki halda sarsıla bilər: Birinci cinayətkar cəzasız qalanda, ikincisi isə günhsız cəzalandırılanda…

Sizdən artıq dərəcədə xahiş edirəm ki, yuxarıda təqdim etdiyim faktların ciddi araşdırılması, korrupsiya cinayəti törədən şəxsin istintaqdan yayınaraq qaçmasına şərait yaradan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz əməllərinin qanuni şəkildə cəzalandırılması üçün aidiyyati qurum, orqan və məsul şəxslərə göstəriş verəsiniz.

18.08.2023

İMZA 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button