DAS ELAN EDİLDİ

Mühacir azərbaycanlılar yeni təşkilatda birləşəcəklər

34563616 2130735846955282 5940790951281688576 n03 iyun 2018 Almaniyada mühacir azərbaycanlılar yeni təşkilat yaradıblar. DAS (Demokratik Azərbaycanı Seç) adlanacaq təşkilat əsasən ictimai, siyasi və hüquqi sahələri əhatələsə də, mədəniyyət və təhsil sahəsinə də ciddi önəm verəcək. Bu barədə Xeber.İnfo-a DAS-ın Təşkilat Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, təsis qurultayı keçirilənə qədər DAS-ı Təşkilat Komitəsi idarə edəcək: “Bu gün təşkilatın adı və faəliyyət istiqamətləri müzakirə olundu və müvaqif qərarlar qəbul edildi. Eyni zamanda Təşkilat Komitəsinin tərkibi və görəcəyi işlər dəqiqləşdirildi. DAS barədə ətraflı məlumat ilkin təşkilatı işlər bitəndən sonra veriləcək. Əsas istiqamətimiz yaxın aylarda təsis qurultayını keçirdib, geniş fəaliyyətə başlamaqdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button