Daşkəsəndə AXCP üzvünün saxlandığı deyilir

Martın 18-də axşam saatlarında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Sahib Məmmədzadənin saxlanıldığı bildirilir.

Partiyadan deyilib ki, S.Məmmədzadə yaşadığı Daşkəsən rayonunun girişində saxlanıb: “Sahib bəy heyvanlarını yaylağa aparırdı. Qara maskalı şəxslər polis postunda Sahib bəyi saxlayıb naməlum istiqamətə aparıblar”.

AXCP-dən iddia edirlər ki, fəalın saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır.

Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin hazırda azı beş fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button