Diş həkimlərinin İstanbul Bəyannaməsi qəbul olunacaq

images29.07.2013

Avqustun 28-dən 31-dək Türkiyənin İstanbul şəhərində Dünya Stomatoloqları Birliyinin təşkilatçılığı ilə 101-ci dünya stomatoloqları konqresi keçiriləcək.

Türkiyə mətbuatı xəbər verir ki,  tədbir bu il Avropada təşkil edilən ən böyük konqres olacaq.

Azərbaycandan stomatoloqlardan ibarət nümayəndə heyətinin də iştirak edəcəyi tədbirdə Avropa və Amerika qitəsinin 113 ölkəsindən 7 min diş həkiminin 1300 elmi məruzəsi dinləniləcək.
Konqres çərçivəsində 71 konfrans, 7 panel iclası, 29 kurs, 16 mütəxəssislə görüşmə tədbiri təşkil olunacaq.

Tədbir çərçivəsində Dünya Ağız Diş Sağlamlığı Forumu, Dünya Qadın Stomatoloqları Forumu, III Qonşu Ölkələr Stomatoloqları Birlikləri Əməkdaşlıq Platformu və 300 xarici şirkətin qatılacağı stomatologiya sərgisi keçiriləcək.

Konqresdə stomatoloq peşəsi sahəsində ən son texnoloji və elmi yeniliklər müzakirə ediləcək.

Konqresin sonunda ağız və diş sağlamlığı ilə ümumi sağlamlıq arasındakı əlaqənin əhəmiyyətinə dair İstanbul Bəyannaməsi qəbul olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button