E.Məmmədyarov: “Nə ailəmin, nə də gəlinimin erməni ilə qan qohumluğu var” 

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Demokrat.az-a verdiyi müsahibəsində Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycanla bağlı sərsəm açıqlamalarına münasibət bildirib:

“Bu, Jirinovskinin ilk belə açıqlaması deyil. Mənim nazir fəaliyyətim dövründə də onun bu cür çıxışları zamanı Rusiyaya bu ölkədəki səfirliyimiz vasitəsilə etiraz nota göndərirdik. Jirinovskinin mövqeyi bəllidir. Onun bu cür çıxışları əsas yerli auditoriya üçün nəzərdə tutulub. Onun imici belədir. İnanmıram ki, Jirinovskinin bu açıqlamaları nəyisə dəyişdirsin. Azərbaycanla Rusiya arasındakı yüksək əlaqələrə bu cür açıqlamalar ziyan vurmaz, çünki Jirinovskini hamı tanıyır. Moskvadakı siyasi elitada da o, yaxşı tanınır. Hər kəs bilir ki, onun çıxışları hər zaman belə sərtdir. Ona görə də, onun işlətdiyi ifadələrin nəyisə dəyişdirəcəyini düşünmürəm. Məncə, onun açıqlamalarına fikir vermək lazımdır, amma ciddi qəbul etməməliyik. Bəziləri iddia edir ki, güya Jirnovski Rusiya rəhbərliyini sözlərini çatdırır. Amma mən inanmıram ki, Jirinovskinin bu çıxışında Putinin fikirləri olsun. Əgər Jirinovskinin əvvəlki çıxışları öz yerini tutsaydı, təsdiqlənsəydi, indi belə fikirləşmək olardı.

Azərbaycan tərəfi onun çıxışı ilə bağlı öz mövqeyini bildirdi. Bildiyim qədər, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvadan Bakıya çağrılaraq təlimatlandırılıb, bu məsələyə səfirimiz də öz etirazını bildirib. Biz öz mövqeyimizi tam olaraq Rusiyaya çatdırmışıq. Birmənalı şəkildə reaksiya verməli, mövqe bildirməliyik. Diplomatiyada bu cür fikirlərə reaksiya verməmək həmin fikirləri qəbul etmək kimi dəyərləndirilir. Biz də öz mövqeyimizi bildirməklə cavabımızı vermiş olduq. Amma soruşsanız ki, bununla nəsə dəyişdimi, düşünmürəm”. Sitatın sonu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button