Elçibəyin tarixi yazısı: “Qiyam niyə başlandı və müvəffəqiyyət qazandı?”-TARİX

Əbülfəz Elçibəy

(21 dekabr 1993-cü il, “Müxalifət” qəzeti)

Gəncə qiyamı ilə başlamış və parlament yolu ilə başa çatdırılmış dövlət çevrilişi Azərbaycanı müstəqillik və ardıcıl demokratik inkişaf yolundan sapdırdı. Az sonra respublikanm Müstəqil Dövlətlər Birliyi-nə daxil olması bu çevrilişin məntiqi sonluğu oldu və 4 iyun qiyamı-nın əsl məqsədini açıq göstərdi. İki ilə yaxın idi ki, bu taleyüklü məsə-lə ətrafında Azərbaycanda qızğın siyasi mübarizə gedirdi. İndi artıq respublika MDB-nin üzvü olduqdan sonra mən bu müddət ərzində, xüsusilə iqtidarımızın bir ilində baş vermiş və Gəncə qiyamı ilə yekunlaşmış hadisələr, onların səbəbləri və mahiyyəti haqqında bəzi fıkirlərimi açıqlamaq istəyirəm.

  1. Biz hansı şəraitdə hakimiyyətə gəldik?

 

Son bir ildə baş verənləri təhlil etmək üçün ondan əvvəlki dövrə də nəzər salmaq, AXC-nin hansı şəraitdə hakimiyyətə gəldiyini, hansı irsə yiyə durduğunu qısaca da olsa araşdırmaq lazımdır.

Cəmiyyət

Azərbaycan dövlətçiliyinin 1988-ci ildə hansı vəziyyətdə olduğunu yəqin ki, hamı yaxşı xatırlayır. Həmin dövrdə cəmiyyətin, daha dəqiq desək, özünüidarə prinsipinə əsaslanan mülki cəmiyyətin də nə vəziyyətdə olduğunu, nədənsə, unutmuşuq. İnsan həyatının bütün sahələri faktiki olaraq dövlət, daha doğrusu, kommunist partiyası tərəfindən idarə olunurdu. Partiya insanların şəxsi həyatına belə nəzarət edirdi; xatırlayın – o, ailə qurmaq, yas-toy keçirmək məsələlərinə də qarışırdı.

Demokratik dövlətin əsasını təşkil edən şəxsi azadlıq və məsuliyyət, özünüidarəçilik və iqtidar üzərində ictimai nəzarət o zaman nəinki yox dərəcəsində idi, hətta belə prinsiplərin vacibliyi və mümkünlüyü də çox az adamı düşündürürdü. İnsanlar bütün problemləri ilə bərabər, öz talelərini həll etmək hüququnu da bir “Dahi Rəhbər”in ixtiyarma buraxmışdılar. Bu “Rəhbər” bizim əvəzimizə bütün qərarları qəbul etməklə bərabər, azadlığımızın və məsuliyyətimizin də sahibi idi. Bu prinsiplər üzərində qurulmuş Sovet cəmiyyəti azadlıq, şəxsi təşəbbüskarlıq və fikir müxtəlifliyi prinsipləri üzərində qurulmuş Qərb cəmiyyətləri ilə yarışda iflasa uğramalı idi və belə də oldu.

Digər tərəfdən, kənardan idarə olunan mövcud hakimiyyəti adamlar özününkü kimi qəbul etmir, ona yad baxırdılar. Bütün bunlar son nəticədə yerlərdə korrupsiyanın, konformizmin dərin kök salmasına, mənəviyyatsızlığa səbəb olurdu. Həmin bəlalardan hətta ən yaxşı halda belə bir-iki ilə qurtarmaq mümkün olan şey deyildi və təbiidir ki, hələ bu gün də cəmiyyətimiz o dəhşətli qüsurların zəhərini canından çıxara bilməmişdir.

Beləliklə, 1988-ci ildə ilk zamanlar ancaq ideoloji və siyasi səciyyə daşıyan erməni təcavüzü başlanarkən məlum oldu ki, Azərbaycanda bu təcavüzün qarşısını almaq üçün nə dövlət, nə də müqavimət göstərə biləcək mülki cəmiyyət var: SSRİ xalq deputatlarının qurultaylarında sərbəst fikir söyləməyi, səlist cümlə qurmağı bacarmayan deputatlarımız ermənilərin ideoloji təzyiqi və təbliğatı qarşısında özlərini tamamilə itirmiş kimi görünürdülər. Odur ki, millətin müqavimət gücünü artırmaq və respublikanın müdafiəsini təşkil etmək istəyən Azərbaycan demokratlarının qarşısında iki böyük məsələ dayanırdı: azad, özünüidarəçiliyi mənimsəmiş mülki cəmiyyət yaratmaq və müstəqil, demokratik bir dövlət qurmaq.

Biz əvvəlcə birinci vəzifəni yerinə yetirməklə ikinci məqsədə də yol açmağı qərara aldıq. AXC siyasi mübarizəni davam etdirməklə mülki cəmiyyətin formalaşması məsələləri ilə fəal məşğul olmağa başladı. Və Azərbaycan artıq 1991-ci ildə erməni təcavüzü qarşısmda əvvəllər olduğu qədər də gücsüz və köməksiz deyildi. Artıq erməni təcavüzünə AXC-nin təşəbbüsü ilə yaradılmış və iki ilə yaxın müddətdə torpaqlarımızı düşməndən müvəffəqiyyətlə qorumuş özünümüdafiə dəstələri, hökumətə təzyiq göstərərək onu fəaliyyətsiz qalmağa qoymayan ictimai təşkilatlar, erməni təbliğatınmı qarşısını almağa çalışan müstəqil informasiya orqanları müqavimət göstərirdilər. Və bu gün AXC-yə böhtan atanlar unutmamalıdırlar ki, bu təşkilatın iki minə yaxın üzvü Vətən yolunda şəhid olub.

Müstəqilliyin elanı

Demokratik qüvvələrin ciddi təzyiqi ilə 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyi rəsmən elan edilsə də, adı dəyişilmiş kommunist rejimi şəraitində o, formal xarakter daşıyırdı. Həmin rejimin təmsilçiləri müstəqillik haqqında Konstitusiya Aktından özlərini mühafizə etmək məqsədi ilə qalxan kimi istifadə edir, işdə isə Azərbaycanı Rusiyadan kənar təsəvvür etmirdilər. Ümumi iqtisadi, siyasi, ərazi, hərbi, gömrük və maliyyə məkanından çıxmaq istiqamətində heç bir əməli addım atılmır, demokratik qüvvələr tərəfindən verilən təkliflər, hazırlanan qanun layihələri müxtəlif vasitələrlə rədd edilirdi.

Lakin Rusiyanm özündə də hadisələr artıq başqa istiqamətdə cərəyan edirdi. Görünürdü ki, Sovet imperiyasım “təmir” etmək mümkün olmayacaq. Köhnəlmiş idarəçilik mexanizminin dağılması, milli ziddiyyətlər, Rusiyada demokratik meyllərin inkişafı, Qərblə müqayisədə siyasi, iqtisadi, mədəni geriliyin dərk edilməsi və s. imperiyanı diz çökdürmüşdü. Kommunist partiyasının ləğv edilməsi müstəmləkə idarəçiliyinə ağır zərbə endirmişdi, 1991-ci ilin avqustunda hərbi kommunist qiyamınm məğlubiyyətə uğraması militarist dairələrin əl-qolunu hiss ediləcək dərəcədə bağlamışdı. Belə bir şəraitdə Moskvaya üz tutan yerli rəhbərlik ondan elə bir ümidverici yardım ala bilmirdi.

Yerlərdə baş qaldırmış milli azadlıq hərəkatları imperiyanı tamamilə sarsıtmışdı. Artıq dünya tarixçiləri də qəbul etmişlər ki, bu hərəkatların ən qüvvətlilərindən, qabaqcıllarından biri AXC-nin rəhbərlik etdiyi Azərbaycan Xalq hərəkatı olmuşdur.

Lakin Azərbaycanın müstəqilliyinin gerçəkləşməsi yolunda respublika parlamenti ən ciddi maneə idi. Son bir neçə ildə, Azərbaycanın taleyində faciəli hadisələr Azərbaycan parlamenti ilə bilavasitə bağlıdır. Parlament seçkilərinin saxtalaşdırılması, hətta o dövr üçün də mövcud reallıqları əks etdirməyən, tarixi prosesin inkişafına və milli mənafeyə zidd parlamentin formalaşdırılması kommunist rəhbərliyin Azərbaycan xalqı qarşısında böyük cinayətidir.

Müstəqilliyə qarşı mübarizədə köhnə rejim MDB-yə daxil olmağa böyük ümid bəsləyirdi. Kommunist partiyası ləğv edildikdən sonra Moskvaya tabeliyin əlverişli yolu hərbi birlik idi.

MDB-nin lap əvvəldən Varşava Müqaviləsi təşkilatına bənzər bir qurum kimi nəzərdə tutulduğu özünü büruzə verirdi (Şərqi Avropa ölkələrindəki siyasi proseslərə uzun müddət Sovetlər Birliyi Varşava Müqaviləsi vasitəsilə nəzarət edirdi). Belə bir şəraitdə Azərbaycan rəhbərliyi respublikanı MDB-yə sürükləməklə onu yenidən Rusiyanın asılılığına salmaq fikrində idi. İlk dövrlərdə MDB SSRİ-nin digər formada bərpasına xidmət edirdi. Lakin tarixi inkişafın gedişi imperiya sisteminin böhranı ilə müşayiət edildiyindən, Sovet İttifaqının hər hansı formada bərpası cəhdi uğursuzluğa düçar olmalı idi. Respublikalar MDB-ni SSRİ-yə çevrilməyə qoymadı. Bu yolla MDB ölü doğulan uşağa bənzədi. Bu reallığı Azərbaycanın demokratik qüvvələri başa düşürdü. Mütəllibov Moskvada MDB-yə daxil olmaq haqqında sənədə qol çəksə də, son nəticədə Azərbaycanı MDB-yə daxil etmək bizim vaxtımızda mümkün olmadı. Bununla da Azərbaycanın gələcək real müstəqilliyi üçün bünövrə qoyuldu.

Ordu quruculuğu

Respublikada mühafizəkar qüvvələr MDB-yə daxil olmağa şərait yaratmaqdan ötrü Milli Ordu quruculuğuna ciddi şəkildə maneçilik törədirdilər. Hökumətə demokratlar tərəfındən böyük təzyiq nəticə-sində Müdafiə Nazirliyi yaradılmışdısa da, bu, sırf formal xarakter da-şıyır, törədilən müxtəlif təxribatlar vasitəsi ilə xalqda öz gücünə inam-sızlıq, təslimçilik əhval-ruhiyyəsi təlqin edilir, əslində milli ordu qur-mağın mümkünsüzlüyü dolayı yollarla “sübut” edilirdi. Hətta Müdafiə Nazirliyinin o zamankı qərargah rəisi də etiraf edirdi ki, altı ayda Milli Orduya cəmi 150 əsgər toplamaq mümkün olmuşdu. Yerlərdə yaradılmış özünümüdafıə dəstələri müxtəlif əməliyyatlarda məqsədyönlü şəkildə sıradan çıxarılırdı. Bakı şəhərində və yerlərdə ayrı-ayrı vəzifəli şəxslər qanunsuz silahlı dəstələr yaradır, yaxud könüllü batalyonları özlərinə tabe etdirirdilər. Belə hərc-mərclik şəraitində Azərbaycanda əllərdə külli miqdarda qanunsuz silah toplanmışdı. Bu silah yalnız siyasi təkəbbürlərə xidmət etdiyindən, dövlətə və millətə, ümumillikdə isə müstəqillik prosesinə qarşı çevrilmişdi. Azərbaycanda belə xaotik vəziyyətin yaranmasında bəzi xarici dövlətlərin də marağı vardı. Onlar respublika daxilindəki qanunsuz silahlı dəstələr vasitəsi ilə istənilən zaman vətəndaş qarşıdurması yaratmaq imkanı əldə edirdilər.

Vətəndaş müharibəsi ərəfəsində

Belə siyasət Azərbaycan üçün ağır nəticələr verdi. Xocalı faciəsi köhnə rejimin yararsızlığını nümayiş etdirən sonuncu hadisə oldu. Xalqın dövlət qurumlarma olan ümidi və etimadı heçə endi və Mütəllibov hakimiyyəti 1992-ci ilin mart ayında xalqın təzyiqi altında onun istefa verməsi ilə iflasa uğradı. Bundan sonra partiya nomenklaturası dövlət əmlakı hesabına maliyyə cəhətdən güclənmiş mafioz qüvvələrlə sazişə girərək hakimiyyəti əldə saxlamağm müxtəlif variantlarım hazırladı. Bu variantlardan biri təcili prezident seçkiləri keçirib öz nümayəndəsini yenidən dövlət başçısı kürsüsünə gətirmək idi.

Ölkədə vəziyyətin olduqca gərginliyini, qarşıdurmanm daha da güclənərək vətəndaş müharibəsinə çevrilməsi təhlükəsini dərk edən AXC və digər demokratik qüvvələr bu seçkilərin əleyhinə çıxış etsələr də, parlamentdə azlıqda qaldılar. Və biz partnomenklaturanın diqtə etdiyi “oyun qaydaları”nı qəbul etməyə məcbur olub, 1992-ci ilin iyun ayının 7-nə təyin edilmiş prezident seçkilərində iştirak etməyi qərara aldıq.

Seçki kampaniyasının gedişində köhnə qüvvələrin məğlubiyyətinin bu variantda da labüdlüyü tezliklə aşkar oldu. Bunu hiss edən dairələr artıq müxtəlif vasitələrlə prezident seçkilərindən çəkinməyə və hakimiyyəti əldə saxlamağın digər variantlarını reallaşdırmağa başladılar. Ölkədə daxili və xarici qüvvələrin birgə təxribat planları işə salındı. Şuşa və Laçının düşmənə təslim edilməsi bu planların kulminasiya nöqtəsi oldu. Bunun ardınca sərhəd rayonlarından, münaqişə bölgəsindən mülki əhalinin kütləvi və mütəşəkkil formada çıxarılması başlandı. Mayın birinci yarısında Azərbaycan böyük köç karvanlarını xatırladırdı. Bu təxribatlarda məqsəd respublika ərazisinin yarısını boşaltmaqla seçkilərin keçirilməsini pozmaq, hökumət böhranını dərinləşdirmək, bütövlükdə isə Azərbaycanda vətəndaş müharibəsi törətməkdən

ibarət idi. Bütün variantlarda uduzmuş köhnə rejim indi də öz xilasını A.Mütəllibovu bu yolla yenidən hakimiyyətə qaytarmaqda görürdü. Və bunlar mayın 14-də Ali Sovetin çağırılması, istefa vermiş A.Mütəllibovun prezident vəzifəsinə seçkisiz qaytarılması ilə nəticələndi. Lakin irticanın qələbəsi uzun sürmədi. Bir gün sonra AXC-nin və digər demokratik qüvvələrin rəhbərlik etdikləri xalq ayağa qalxdı, pozulmuş Konstitusiyanı bərpa etdi. Mütəllibov rus hərbi təyyarəsi ilə Moskvaya qaçdı.

Prezident seçkiləri ərəfəsində siyasi təlatümlərlə müşayiət edilən iqtisadi həyat Azərbaycanda tamamilə bərbad vəziyyətə gətirilmişdi. Heç bir iqtisadi mexanizm işləmirdi. Korrupsiya, dövlət və xalq əmlakının dağıdılması kütləvi hal almışdı. Azərbaycanın ərzaq anbarları bomboş idi, yanacaq ehtiyatları göyə sovrulmuşdu. 7 milyondan çox əhalisi olan respublikanın Milli Bankında cəmi 1,5 milyon dollar, 10 milyon rubl pul qalmışdı. Respublikada istehsal olunan sənaye məhsulunun həcmi 1992-ci ilin ilk dörd ayı ərzində yarıbayarı aşağı düşmüşdü. Kənd təsərrüfatında vəziyyət daha acınacaqlı idi. Əvvəlki illə müqayisədə 1992-ci ildə 40 min hektara qədər taxıl, 20 min hektara qədər pambıq nəzərdə tutulduğundan az əkilmişdi. Əsas istehsal fondları kütləvi şəkildə dağıdılmışdı.

Azərbaycanın iqtisadiyyatı Rusiyadan tam asılı vəziyyətdə olduğundan və respublikanın milli pul vahidinin olmamasından, əmtəə-pul münasibətləri, bütövlükdə maliyyə sistemi pozulmuşdu. Respublikada nəğd pul çatışmadığına görə camaat 4 aylıq (bəzi təsərrüfatlarda daha çox) əmək haqqını ala bilməmişdi. Belə iqtisadi sarsıntılar içərisində boğulan Azərbaycanda dövlət sərhədləri Rusiya hərbçiləri tərəfindən “qorunurdu” və bir hissəsi tamam nəzarətsiz qaldığından, gömrük xidməti olmadığından sərvətlərimiz kütləvi şəkildə dağıdılırdı.

Qeyd edildiyi kimi, respublikada çoxsaylı qanunsuz silahlı dəstələr fəaliyyət göstərirdi. Bakı şəhərində sabitlik tamam pozulmuşdu, odlu silahlardan açılan atəşlər adi hala çevrilmiş, hava qaralandan sonra küçələrə çıxmaq qeyri-mümkün olmuşdu. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Belə bir ağır vəziyyətdə AXC prezident seçkilərində qələbə çaldı və biz tamamilə dağılmış bir respublikanın idarəçiliyini öz üzərimizə götürdük.

Sabitlik

Prezident seçkilərindən sonra qarşıda sözün tam mənasında taleyüklü məsələlər dayanırdı. Azərbaycan elə vəziyyətə salınmışdı ki, hər hansı bir işə başlamaq üçün ilk növbədə respublikada nisbi də olsa sabitlik yaratmaq lazım idi. Alternativ qaydada prezident seçkiləri, milli qarşıdurmaya doğru gedən yolların bağlanması vətəndaş müharibəsi təhlükəsini xeyli azaltmışdı. Qanunsuz silahlı dəstələrin əksəriyyətinin tərksilah edilməsi, cinayətkarlığa qarşı güclü mübarizənin başlanması müəyyən dərəcədə sabitlik meylləri doğurdu.

Respublikada vətəndaş sülhünə nail olmaq üçün ciddi addımlar atıldı. Hakimiyyət qurumlarının təşkili zamanı cəmiyyətin yeni siyasi qüvvələri ilə yanaşı, köhnə rejimin nümayəndələrinin böyük bir hissəsindən də idarəçilikdə istifadə imkanları saxlanıldı. Dövlət aparatında mühüm siyasi postlara təyinatlar AXC və Müsavat Partiyası üzvlərindən edilsə də, digər siyasi partiyaların (XAP, Ana Vətən, AXDP, Azərbaycan Xalqının Həmrəyliyi Partiyası, Azərbaycan Kəndli Partiyası və s.) nümayəndələri də rəhbər işlərə cəlb edildilər. Nazirlər Kabinetində isə ciddi kadr dəyişiklikləri, demək olar ki, aparılmadı. Kabinetin məsul işçilərinin 80-90 faizi köhnə rejimin nümayəndələri idi. Müəssisə rəhbərlərinin əksəriyyəti də son bir ildə öz yerlərində qaldı.

Beləliklə, siyasi hakimiyyətə gəlmiş AXC iqtisadi hakimiyyətin müəyyən mənada köhnə rejimin əlində qalmasma razılıq verdi.

Əlbəttə, bizim üçün bu, böyük risk idi. Lakin burada iki mühüm amil əsas götürülmüşdü. Birincisi, uzun müddət təsərrüfatda işləmiş, idarəçilik təcrübəsi olan kadrların imkanlarından istifadə etmək. İkincisi isə, köhnə rejimin nümayəndələrinə düşmən münasibət bəslənilmədiyini nümayiş etdirib milli barışıq haqqında verilən bəyanatları əməli işdə təsdiq etmək. Elə bu məqsədlə köhnə təsərrüfat sisteminin törətdiyi “iqtisadi cinayətkarlar”a amnistiya elan edildi. Sosializm dövründə toplanmış kapitalın respublikadan axıb getməməsi, ölkənin iqtisadiyyatmın inkişafına sərf olunması üçün şərait yaradıldı.

  1. Müstəqillik yolunda atılan addımlar

Biz müxalifətdə olanda xalqa çox şey vəd etmişdik və bütün vədlərimizdə səmimi idik. Lakin reallıq bizim təsəvvür etdiyimizdən də qat-qat ağır, mürəkkəb, maneələr daha ciddi, düşmən daha məkrli imiş. Odur ki, bir il ərzində bizim edə bildiyimizlə vədlərimiz arasında, həqiqətən, fərq oldu. Lakin AXC-nin birillik hakimiyyəti dövründə yaratdığı ilə ondan əvvəlki və sonrakı hakimiyyətlərin etdikləri arasındakı fərq daha böyükdür.

Biz qarşıya çıxan və çox zaman süni şəkildə yaradılan çətinlikləri aradan qaldıraraq, əsl müstəqilliyə və demokratiyaya doğru addım-addım, qətiyyətlə irəliləyən bir neçə keçmiş sovet respublikasmdan biri olduq. Bu isə, təbii ki, bir tərəfdən yenidən Azərbaycanı modernləşdirilmiş imperiyanm quluna çevirməyə çalışanları, digər tərəfdən isə, köhnə Sovet respublikalarında itirilmiş hakimiyyətlərini bərpa etmək istəyən yerli kommunist qüvvələri narahat etməyə bilməzdi. Bu iki qüvvənin marağı üst-üstə düşərək Gəncə qiyamının partladıcısı rolunu oynadı.

İslahatlar

Qeyd edilən mürəkkəb vəziyyətdə qarşımızda duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam reallaşdırmaq, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. İlk vaxtlar ölkənin bütün imkanları ordu quruculuğuna səfərbər edildi. Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin boşaldılması, Xocalı soyqırımı, Şuşa və Laçının təxribatlar nəticəsində düşmənə verilməsi, sərhəd bölgələrimizin müdafiəsiz qalması xalqı ağır bir ümidsizliyə düçar etdiyindən, ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qalxmışdı. Könüllü batalyonlardan nizami orduya doğru ilk addım hərbi çağırış işlərinin qaydaya salınmasından başlandı. Hərbi hissələrin formalaşdırılması işi sürətləndirildi. Görülən tədbirlər nəticəsində Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. Laçının əksər kəndləri düşməndən azad edildi.

Azərbaycanda ordu quruculuğu işlərinin qaydaya düşməsi təkcə xarici dairələri deyil, bir sıra daxili siyasi qüvvələri də narahat etdiyindən, təxribatçı əllər yenidən orduya uzanmağa başladı. Hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qüvvələrlə koalisiyaya girmiş keçmiş müdafiə naziri R.Qazıyev bu işə külli miqdarda vəsait xərclənməsinə baxmayaraq, ordu quruculuğunu bütün vasitələrlə pozmağa çalışırdı. Rusiyanın Müdafiə Nazirliyi tərəfindən himayə olunduğundan, ona qarşı effektli cəza üsulu tətbiq edə bilməməyimizi səhvimiz hesab edirik. Lakin bunlara baxmayaraq, keçmiş SSRİ ordusunda xidmət edən zabitlərin və bir sıra digər hərbi mütəxəssislərin cəlb edilməsi hesabına ordu quruculuğunda müəyyən irəliləyişlərə nail olunmuşdu. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyulmuşdu.

Sonralar hərbi və siyasi müxalifət tərəfindən tənqidə məruz qalsaq da, keçmiş Sovet respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılmasının başa çatdırılmasını biz tarixi nailiyyətimiz hesab edirik. Bu, Azərbaycan xalqının çox mühüm qələbəsi, son illərdə Azərbaycanda gedən milli-azadlıq hərəkatının, milli-demokratik prosesin məntiqi nəticəsi hesab edilməlidir.

Eyni zamanda, yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin mühafizəsini öz üzərinə götürdü. Sərhəd zolaqlarındakı hərc-mərcliyin qarşısı tam olmasa da alındı və ən başlıcası, Azərbaycanın sərhəd qoşunları təşəkkül tapdı.

Dövlət üçün zəruri olan gömrük xidmətinin yaradılması işinə başlandı, bu sahədə müəyyən sistem yaratmaq mümkün oldu. Gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı.

1992-ci ildə biz tamamilə taqətdən salınmış, xəzinəsi bomboş bir ölkə götürmüşdük. Ona görə də tədricən Dövlət Ləl-cəvahirat Fondunun yaradılmasına başladıq. Bir illik fəaliyyət nəticəsində bu fonda 1,5 ton qızıl və digər qiymətli metallar toplandı. Böyük hərbi xərclərə baxmayaraq, 1993-cü ilin iyun ayının 1-nə qədər Milli Bankda dövlətin və ayrı-ayrı müəssisələrin hesabında saxlanılan valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollar təşkil edirdi. Bu məbləğin 40 milyonu dövlətin yeni yaradılmış valyuta, stabillik və Prezident fondlarının vəsaitlərindən ibarət idi. Aldığım məlumata görə, hazırkı iqtidar bu ehtiyatı 3 ay ərzində insafsızcasına dağıdıb.

AXC-nin hakimiyyəti dövründə hətta ən çətin şəraitdə belə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmayıb. Bu, Beynəlxalq Valyuta Fondunun tələblərinə tam uyğun gəlməklə bərabər, Azərbaycanın gələcəyinə böyük ümidlər doğururdu. Yeni iqtidarın 5 aylıq fəaliyyəti nəticəsində dövlət büdcəsinin kəsiri 9,5 faizə qədər artmışdır. Bu isə artıq hiperinflyasiyadan və son dərəcə ağır iqtisadi böhrandan xəbər verir. l993-cü ilin birinci yarısında sənaye məhsulu Rusiyada 17% , Azərbaycanda isə cəmi 10% az istehsal olunub. Həmin müddətdə Rusiyada inflyasiya 2700%, Azərbaycanda isə 1200% idi.

Milli pul nişanlarını dövriyyəyə buraxdıq. Bu, ölkənin siyasi nüfuzuna müsbət təsir göstərməklə yanaşı, nəğd pul sahəsində yaranmış gərginliyi də (dörd ay idi ki, maaşlar verilmirdi) aradan qaldırdı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (qeyd edək ki, həmin dövr ərzində rus puluna nisbətən Belarus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdür). Manatımız 1993-cü ilin iyununda rus rubluna nisbətən 10% (1:9) ucuzlaşsa da, artıq ümumqafqaz valyutasına çevrilmişdi. Bu gün isə yeni iqtidarın səbatsız iqtisadi siyasəti nəticəsində 1 manata cəmi 5 rus rublu verirlər.

Digər tərəfdən, Rusiyada qəflətən keçirilən pul islahatı bizim milli valyuta buraxmağımızın vaxtında atılan ciddi iqtisadi addım olduğunu təsdiq etdi. Real həyat sübut etdi ki, bu məsələdə müxalifətin bizi tənqid etməsi yalnız siyasi təkəbbürün, iqtisadi səbatsızlığın nəticəsi imiş.

Ölkənin siyasi sistemini dəyişdirmək istiqamətində uğurlu addımlar atıldı. Demokratik cəmiyyətə doğru irəliləmək üçün plüralizmi və azadfikirliliyi bərqərar etmək lazım idi. Totalitar Sovet cəmiyyətinin süqutundan sonra demokratik prinsiplər və dəyərlər kütlə tərəfındən heç də birmənalı qəbul edilmirdi. Totalitarizm çoxları üçün həyat tərzi və bir dünyagörüşü sisteminə çevrildiyi üçün demokratizm prinsipləri güclü müqavimətə rast gəlirdi. Siyasi partiyalar və ictimai təşkilatlar haqqında, kütləvi informasiya vasitələri haqqında qanunların qəbul edilməsi totalitarizm buzunu sındırdı.

Qəbul edilmiş qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı. Hakimiyyətin hər üç budağının xalq tərəfindən seçilərək legitimləşdirilməsi əsas siyasi xəttimiz oldu. Demokratik, alternativ prezident seçkiləri nəticəsində ali icra hakimiyyəti mandatı bilavasitə xalqdan aldı.

Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Çox təəssüf ki, hətta müxalifətin də razılıqla qarşıladığı bu layihənin qəbulu Milli Məclis tərəfindən aylarla yubadıldı və hələ də qəbul olunmamış qalır.

Respublikada məhkəmə hakimiyyətini reallaşdırmaq üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Lakin respublika Konstitusiyasını bu istiqamətdə təkmilləşdirmək və demokratikləşdir-mək məqsədilə prezident tərəfındən Milli Məclisə təqdim olunmuş Konstitusiyaya əlavə və dəyişikliklərin layihəsi də Milli Məclis tərəfmdən baxılmamış qaldı.

Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Maraqlıdır ki, hüquq-mühafızə sisteminin artıq demokratik ölkələrin çoxunda qəbul olunmuş bu cür təşkili məsələsi Rusiyada hələ indi-indi gündəliyə çıxarılır.

İqtisadi siyasətimiz, əsasən, iki məqsədə yönəlmişdi.

Birincisi: köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa, sabitliyə nail olmaq.

İkincisi: liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Sahibkarlığa Yardım və Antiinhisar Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.

İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımi qanunlar qəbul edilmişdir), mülkiyyət haqqında, xarici investisiyaların qo- runması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi. Bütün bu qanunlar Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri tərəfindən nəzərdən keçirilib bəyənilmişdir.

Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı.

Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradılmış və bu yöndə ilkin addımlar atılmağa başlanmışdı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisələr, o cümlədən xarici ortaqların iştirakı ilə yüzlərlə birgə müəssisələr yaradılmış, onlarla müstəqil bank (o cümlədən xarici ortaqların iştirakı ilə) fəaliyyətə başlamış, kənddə fermer təsərrüfatının inkişafının ilkin mərhələsi kimi 17 mindən artıq sərbəst icarə kollektivi yaradılmış, ticarətin liberallaşdırılması haqqında fərman əsasən icra olunmuş, əksər dövlət ticarət müəssisələri hüquqi şəxs olaraq nisbi müstəqillik əldə etmiş, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanmışdı.

Respublikamız uzun illər Rusiyanın xammal əlavəsi olmuş, istehsal etdiyi kənd təsərrüfatı mallarını – pambığı, üzümü, tütünü və s. emal etmədən ucuz qiymətə satmışdı. Emal sənayesinin inkişaf proqramına uyğun olaraq il ərzində onlarla emal müəssisəsinin (əyirici, boyayıcı, toxucu, siqaret və hazır şərab istehsalı üçün) tikintisinə başlanmışdı.

Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb olunması üçün mühüm işlər görülmüşdü. Hazırlanan müqavilələrə görə, ABŞ, İngiltərə, Norveç və Türkiyənin neft kompaniyaları tərəfindən respublika neft sənayesinə 10 milyard dollara yaxın kapital qoyulması gözlənilirdi.

Respublika rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində Avropa ilə Orta Asiyanı birləşdirən neft və qaz kəmərləri, dəmiryolu, avtomobil yolu, eləcə də Bakı-İsgəndərun neft kəməri respublika ərazisindən keçməli idi. Bu yollardan respublikanın ildə 100 milyonlarla dollar mənfəət götürəcəyi gözlənilirdi. Təbii ki, Vətənimizin belə inkişafı istiqlalımızın düşmənlərini bərk narahat edirdi…

Gələcək nəslin zamanın tələblərinə uyğun inkişafına zəmin yaradan elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Bir sıra nöqsanlı cəhətləri olsa da, təhsil haqqında qanun Milli Məclis tərəfindən qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müəssisələrin açılmasına icazə verilirdi və tezliklə belə müstəqil təhsil ocaqları yarandı.

Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi hakimiyyətimizin mühüm uğurlarından hesab edilməlidir. Bu çağadək ali məktəblərdə və texnikumlarda qəbul imtahanlarının hansı vəziyyətə düşməsi, proteksiya, rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq və digər neqativ halların artıq sistem halına çevrilməsi heç kəs üçün sirr deyildir. Buna görə də, tələbə qəbulunda test üsulunun tətbiqi güclü müqavimətlə qarşılaşsa da, onun müsbət nəticələri təkzibedilməzdir. Kiçik nöqsanlara və səriştəsizlikdən doğan bəzi səhvlərə baxmayaraq, ümumən seçilən tələbələrin elmi və intellektual səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yüksək oldu. Xarici ölkələrə göndərilən tələbələrin seçilməsində də bu prinsip əsasən gözlənilmiş, respublikanın ehtiyacları nəzərə alınaraq yüzlərlə gəncə onlarla xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq üçün imkan yaradılmışdı.

Bəllidir ki, kommunist ideologiyası ilkin olaraq orta məktəblərin proqram və dərsliklərində öz əksini tapır və sovet təhsilinin məzmununu əsasən onlar təşkil edirdi. Müstəqil Azərbaycanın öz milli ideologiyasına və dövlət mənafeyinə uyğun yeni proqram və dərsliklərin hazırlanması sahəsində, deyərdik ki, inqilabi dəyişikliklər həyata keçirildi. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içərisində orta məktəb üzrə 7 humanitar fənnə dair proqramlar tam yeniləşdirildi və onların əsasında 60-a yaxın adda yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın (!) adda yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu (Unutmayaq ki, Azərbaycanın təhsil tarixində heç vaxt bir ildə 10-dan artıq tam yeni dərslik yazdırılmayıb).

Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını strateji əhəmiyyətli dövlət məsələsi saydığımıza görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq, hökumətimizin ayırdığı 110 milyon manatlıq (o zaman manat dəyərdən düşməmişdi) yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat – “Öyrətmən” yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı.

Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə də, nəhayət, nail olduq. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlandı. Əgər bu xətdən imtina edilməzsə, bu tədbirin Azərbaycan mədəniyyətinin inkişafma böyük təsiri tezliklə özünü göstərəcəkdir. Onu da qeyd etmək lazımdır ki, bizim bu addımımız keçmiş SSRİ-nin digər türkdilli respublikaları üçün nümunə oldu və tezliklə onlar da latın qrafikasına keçmək haqqında qərar qəbul etdilər. Ümumiyyətlə isə, yeni Azərbaycan mədəniyyət cəhətdən bizə daha çox yaxın olan Orta Asiya respublikalarının kommunizm irsinə və onu bərpa etmək cəhdlərinə qarşı mübarizə aparan demokratları üçün bir örnək oldu.

Son illərin gərgin və ziddiyyətli hadisələri Azərbaycan mədəniyyətinin inkişafına ağır təsir göstərməyə bilməzdi. Əlbəttə, tək bizdə deyil, keçmiş İttifaqın hüdudlarında təşəkkül tapan yeni respublikaların hamısında mədəniyyət zamanın ağırlıqlarını öz çiyinlərində çəkməli olub. Lakin Azərbaycanda üzücü müharibənin davam etməsi mədəniyyətə lazımi səviyyədə qayğı göstərmək imkanlarımızı xüsusilə məhdudlaşdırmışdı. Bununla belə, biz müxtəlif vasitələrlə mədəniyyətin tənəzzülünün qarşısını almağa cəhd göstərirdik. Ayrı-ayrı mədəniyyət təşkilatlarını qoruyub saxlamaq üçün imkan düşdükcə Prezident fondundan bu təşkilatlara yardım edirdik.

Beləliklə, hərbi şəraitin çətinliklərinə, keçmiş kommunizm sistemindən bizə miras qalmış problemlərin ağırlığma, parlamentin konservativ mövqedə dayanmış hissəsinin kəskin müqavimətinə baxmayaraq, bir illik hakimiyyətimiz ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun 160 qərar qəbul edildi və bununla da demokratik, suveren Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyuldu.

Milli münasibətlər

Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-stabil vəziyyət yaratmışdı. Bu sahədə totalitar rejimdən qalma problemlərə müxtəlif siyasi qrupların, hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin oyunları da əlavə edilmişdi.

Problemi tənzimləmək üçün biz ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman hazırladıq. Beynəlxalq təşkilatların ekspertlərinin rəyinə görə, keçmiş Sovet İttifaqı respublikaları içərisində hələ heç bir dövlətdə milli münasibətlər belə sivilizasiyalı formada tənzim edilməmişdir.

Bizim milli siyasət sahəsində atdığımız əməli addımlar daxildəki təxribatçılara, xarici qüvvələrə respublikamızda millətlərarası qarşı-durma yaratmağa imkan vermədi. Məhz bu məqsədyönlü işin nəti-cəsidir ki, hakimiyyətdə olduğumuz bir ildə heç bir milli separatçılıq hərəkatı uğur qazana bilmədi. Qondarma “Talış-Muğan Respubli-kası” avantürasının iflası bir daha təsdiq etdi ki, Azərbaycanda millət-lərarası qarşıdurma üçün ciddi zəmin yoxdur.

Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi. Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı.

Xarici siyasət

Fəaliyyətimizin çox mühüm sahəsi olan xarici siyasətdə uğurlarımız da oldu, uğursuzluqlarımız da. Lakin ümumi şəkildə götürsək, demək olar ki, biz xarici siyasət sahəsində qazandığımız nailiyyətlərin qurbanı olduq.

Xarici siyasət məsələsi ayrıca bir söhbətin mövzusu olsa da, qısaca qeyd etməliyik ki, son bir ildə Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə yer tapa bildi. BMT-də, ATƏM- də, İslam Konfransı Təşkilatında, Regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı.

Qonşu dövlətlərlə – Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalandı.

Belçika, ABŞ, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələr üçün möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlərimiz imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil olmuşdur. Bu, ölkəmizin perspektiv inkişafı üçün ümidverici meyllər doğururdu.

Bizi qonşu İran dövləti ilə münasibətlərdə soyuqluğa görə daha çox tənqid edirlər, lakin opponentlərimiz bir faktı unudurlar ki, Azərbaycanın iqtisadi ticarət əlaqələrində İran Rusiyadan sonra ikinci yerdə dururdu və bu, qarşılıqlı faydalı, işgüzar münasibətlərin bərpa edilməsinin nəticəsi idi.

Bununla yanaşı, qeyd etməliyik ki, biz heç bir dövlətin regionda birtərəfli qaydada möhkəmlənməsinə imkan verməmişik.

ABŞ və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətimizin başlıca istiqamətlərindən biri olub. Bizim belə müstəqil siyasət həyata keçirməyimiz Azərbaycanı əvvəlki tək öz təsir dairəsində saxlamağa çalışan və cəmiyyətimizdə getdikcə geniş vüsət alan demokratikləşmə prosesini özləri üçün təhlükə hesab edən bəzi qonşu dövlətlər tərəfindən qısqanclıqla qarşılansa da, ümumilikdə xarici siyasətimizin həmin istiqamətdə qazandığı uğurlar şəksizdir.

Apardığımız gərgin diplomatik iş nəticəsində dünya siyasətini müəyyən edən ölkələrin Azərbaycana münasibətini yaxşılığa doğru dəyişmək mümkün oldu. Qərbin və ABŞ-ın siyasi dairələri Azərbaycanda demokratik bir cəmiyyətin yarandığını dəfələrlə ən yüksək səviyyədə təsdiq etdilər. Sivilizasiyanın inkişaf qanunlarının ümumbəşəri xarakter daşıdığı haqda öz ideyalarının təsdiqini bizim demokratiyada tapan Qərb politoloqlarının diqqət mərkəzi Azərbaycana çevrildi.

Avropa və Amerikanın transmilli kompaniyaları əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladılar. AMOKO, BP, Yunokal, Statoyl, Penzoyl və digər böyük kompaniyalarla neft sənayesi sahəsində sazişlər hazırlanırdı. Neftin Aralıq dənizinə nəql edilməsi haqqında ilkin sənəd imzalanmışdı. Bu planların reallaşması Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və ABŞ-ın Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir.

Bununla bağlı bir məsələni də xüsusi qeyd etmək istərdim: bəziləri belə düşünürlər ki, ABŞ və digər Qərb dövlətlərini Azərbaycanda yalnız neft maraqlandırır. Qəti əminəm ki, insan hüquqlarının etibarlı şəkildə qorunmasını dünyada çox vacib təhlükəsizlik faktoru kimi qəbul edən Qərb ictimaiyyəti Azərbaycanda demokratiyanın təmin edilməsini iqtisadi maraqlardan heç də az qiymətləndirmir.

Bizim Qərbdə demokratik imicimiz formalaşmışdı və ona görə də ölkəmizin apardığı ağır müharibədə Qərb tərəfindən müdafiə olunduğumuz bir dövr başlayırdı.

Sırf dövlətlərarası münasibətlərdən əlavə bir sıra beynəlxalq ictimai təşkilatlarla, demokratik institutlarla, dünyanın aparıcı kütləvi informasiya vasitələri ilə sıx əlaqələr yaradıldı. Dünya müqyaslı bir çox siyasi və ictimai xadimlər Azərbaycana rəsmi səfərlərə gəldilər. Bunlar beynəlxalq aləmdə respublikamızın yeni imicinin formalaşmasına xarici dövlətlərlə rəsmi diplomatik münasibətlər yaradılmasından heç də az təsir göstərmirdi. Biz Azərbaycanı məhz demokratik dövlət kimi dünyada tanıtdırdıq. Artıq heç kəs azərbaycanlılara fundamentalist, fanatik, mədəniyyəti demokratik prinsiplərə uyğun gəlməyən bir millət kimi baxmırdı.

Səhvlər

Bütün bunlarla yanaşı, bir illik hakimiyyətimiz dövründə görə bilmədiyimiz işlər də çox oldu, səhvlərə yol verildi. Bu, bir tərəfdən obyektiv səbəblərlə, ilk növbədə müharibənin doğurduğu çətinliklərlə bağlı idisə, digər tərəfdən subyektiv amillərin nəticəsi idi. Böhrandan çıxmağın başlıca şərti olan əsaslı islahatların həyata keçirilməsində ləngliyə yol verildi. İqtisadi islahatların reallaşdırılması həddindən artıq gecikdirildi.

Kənd təsərrüfatında icarə münasibətləri tətbiq edilsə də, torpaqların kəndlilərə verilməsinə, fermer təsərrüfatlarının yaradılmasına nail ola bilmədik (1992-ci ilin dekabr ayından torpaq islahatı haqqında qanun layihəsi Milli Məclisə təqdim edilsə də, hələ də qəbul olunmayıb). Nəticədə aqrar sahədəki tərəddüdlər və qeyri-müəyyənliklər yalnız iqtisadiyyata deyil, siyasi həyata da mənfi təsir göstərdi.

Ordu quruculuğunda görülən işlər də qənaətbəxş deyildi. Nizam-intizam zəif olduğundan, komandirlərin məsuliyyətsizliyi və s. üzündən, ilk növbədə isə xaricdə və ölkədə müəyyən qüvvələrin məqsədyönlü pozuculuq işi nəticəsində ordunun formalaşması prosesi başa çatmadı və nəticədə Kəlbəcəri müdafiə edə bilmədik. Son hadisələr zamanı ordunun ayrı-ayrı adamların çağırışı ilə qanunsuz silahlı dəstələr şəklində hissələrə parçalanması da bunu təsdiq etdi.

Xarici siyasətimizin mühüm uğurları ilə yanaşı, Ermənistanın təcavüzkar kimi tanınmasına nail ola bilmədik. Ümumilikdə xarici siyasət aparatının yaradılmamasını da bu səhvlər cərgəsinə daxil etmək lazımdır.

Vətəndaş həmrəyliyi naminə keçmiş partokratiyanı təmsil edən cinayətkar ünsürlərə qarşı amansız mübarizə aparmadıq. Halbuki xalq yeni hakimiyyətdən bunu gözləyirdi.

Kadrların seçilib yerləşdirilməsində də ciddi səhvlərə yol verildi. Doğrusunu desək, seçmək imkanımız da geniş deyildi – bu 70 ildə xalq həm siyasi savaddan, həm professionallıqdan xeyli uzaq düşmüşdü, mənəviyyatı ciddi deformasiyaya uğramışdı…

Respublikada möhkəm qanunçuluq rejimi yarada bilmədik. Bu isə dövlətçiliyə zidd olan meyllərin inkişafı üçün əlverişli şərait yaratdı.

Gördüyümüz işləri kifayət qədər təbliğ edə bilmədik. Televiziya və mətbuatdan lazımınca istifadə edilmədi. Xalqımıza müstəqillik və müharibədə qələbə naminə müvəqqəti məhrumiyyətlərə dözmək hissi aşılaya bilmədik.

İcra intizamı, xüsusilə prezident fərmanlarının icra səviyyəsi qənaətbəxş olmadı.

Nəhayət, hüquq-mühafizə orqanlarında islahatları çox gec başladıq, bu orqanlarda aparılan kadr siyasətində kobud səhvlərə yol verdik. On illər boyu bu orqanlarda kök salmış neqativ hallar bizim hakimiyyət dövründə də qalmaqda davam edirdi.

Lakin bütün bunlar Azərbaycanda hakimiyyət böhranının başlıca səbəbləri deyildilər. Sadaladığımız səhvlər və nöqsanlar eyni zamanda xeyli dərəcədə obyektiv amillərlə də bağlı idi.

  1. İqtisadi çətinliklərin obyektiv səbəbləri

Bütün bunlar ilk növbədə tam iflasa uğramış sosialist təsərrüfat sisteminin səmərəsizliyi, köhnə iqtisadi əlaqələrin pozulması, keçmiş SSRİ ərazisindəki iqtisadi məkanı əhatə etmiş dərin böhran, bazar iqtisadiyyatına keçidlə bağlı iqtisadi mexanizmin olmaması nəticəsində meydana çıxan çətinliklər idi. Çoxillik müharibənin ölkə iqtisadiyyatına vurduğu ağır zərbə, ərazimizin 10%-dən çoxunun işğal edilməsi, 400 mindən artıq qaçqının problemləri bizim imkanlarımızı xeyli dərəcədə məhdudlaşdırmışdı.

  1. Hərbi sahədəki uğursuzluqlarımızın obyektiv səbəbləri

Əgər Ermənistanda nizami ordunun yaradılmasına 1988-89-cu illərdə başlanılmışdısa, biz bu işə 1992-ci ildə başladıq. Keçmiş Sovet ordusunda azərbaycanlı zabitlərin ermənilərə nisbətən ənənəvi olaraq azlıq təşkil etməsi də ordu quruculuğunda özünü göstərdi. Rusiyanın öz daimi müttəfiqi olan Ermənistanı silahla daha yaxşı təchiz etməsi və Ermənistan ordusunu rus hərbi mütəxəssisləri ilə təmin etməsi bizim üçün ağır nəticələr verdi. Ümumiyyətlə, münaqişənin lap əvvəlindən Rusiyanın Ermənistana strateji müttəfiq kimi yanaşması və bütün məsələlərdə onu şəksiz müdafiə etməsi (siyasi, iqtisadi, hərbi, diplomatik və s. sahələrdə) müharibənin aparılmasını həddindən artıq çətinləşdirdi. Bunu qeyd etmək kifayətdir ki, Moskva mətbuatının etirafına görə, Rusiya Ermənistan büdcəsinin 57%-ni ödəyir.

Beynəlxalq aləmdə zəif və o qədər də fəal olmayan Azərbaycan lobbisindən fərqli olaraq erməni lobbisinin güclü olması, erməni ordusunun müasir silahlarla silahlandırılmasında və muzdlu terrorçuların erməni ordusuna cəlb olunmasında onun yaxından iştirakı, ən nəhayət, bu lobbinin beynəlxalq rəyi uzun müddət Ermənistamn xeyrinə yönəltməsi bizi bir sıra çətinliklərlə üz-üzə qoydu.

  1. Siyasi qeyri-sabitliyin obyektiv səbəbləri

Çoxillik Rusiya əsarətində olduğumuz üçün demokratik ənənələrin və demokratik təsisatların (çoxpartiyalılığm, siyasi hüquq və azadlıqların, hakimiyyətin seçkilər yolu ilə əldə edilməsinin, mülkiyyət azadlığının və s.) olmaması siyasi prosesiərin ziddiyyətli inkişafını doğururdu.

Azərbaycanda marağı olan xarici qüvvələrin daxildəki siyasi proseslərə aktiv müdaxiləsi və bəzi hallarda bu prosesləri idarə etmək cəhdləri, öz şəxsi hakimiyyətlərini bərpa etmək üçün Rusiyanın imperiyapərəst dairələrinin siyasətinə xidmət edən yerli kommunist təbəqəsinin mövcudluğu, iqtidarı və müxalifəti təmsil edən bir çox siyasi xadimlərin normal siyasi mübarizəyə alışmaması, əslində buna hazır olmamaları nəticəsində siyasi prosesiərin nəzarətdən çıxması, hüquqa və qanunçuluğa zidd məcraya yönəlməsi siyasi həyatda qeyri-stabillik meylləri yaradırdı.

Qiyam ərəfəsində

Bu meyllərin və qeyri-qanuni yolla hakimiyyətə gəlməyin qarşısını almaq üçün parlament seçkilərinin keçirilməsi zəruri idi. Bu məqsədlə prezidentin dəfələrlə təzyiqindən sonra seçkilər haqqında qanunun müzakirəsi, nəhayət, Milli Məclisin gündəliyinə daxil edilmişdi. Yaxın aylarda çoxpartiyalı sistem əsasında parlament seçkiləri keçiriləcəkdi.

Parlament seçkiləri yaxınlaşdıqca respublikada qeyri-konstitusion yolla hakimiyyətə can atan qüvvələr son ümidlərinin də puça çıxacağını görüb fəallaşmışdılar. Goranboy və Ağdərə Azərbaycan Ordusu tərəfindən erməni qəsbkarlarından təmizlənsə də, qeyri-konstitusion yolla hakimiyyətə can atan qüvvələrin və onların xaricdəki havadarlarının destruktiv fəaliyyəti nəticəsində qanuni hakimiyyəti zorla devirmək və respublikada qeyri-stabillik yaratmaq məqsədi ilə Kəlbəcər rayonunun ermənilərə təslim edilməsi üçün şərait yaradıldı.

Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Lakin bu mərhələdə erməni hücumlarının qarşısını almaq və respublikada sabitliyi saxlamaq üçün fövqəladə vəziyyət elan edilməsi Kəlbəcər faciəsindən istifadə edərək qanuni hakimiyyəti zorla devirmək istəyənlərin ümidini puça çıxardı.

Prezident tərəfindən yaradılmış komissiyaların Müdafiə Nazirliyində apardığı iki yoxlama (1993-cü ilin fevral, aprel ayları) bu sahədə xeyli cinayət hallarını aşkara çıxardı. Fevral ayında müdafiə naziri R.Qazıyev işdən azad edildikdən sonra nazirliyi ondan təhvil almalı olan dövlət komissiyası aşkar etdi ki, orduda nəinki adi silahların və döyüş sursatının, hətta ağır hərbi texnikanın belə uçotu olmamış, baxımsızlıq, təsərrüfatsızlıq üzündən Müdafiə Nazirliyinin silah, döyüş sursatı və ağır texnika ehtiyatları dağıdılmış, dövlət əmlakı külli miqdarda (yüz milyon rubllarla) mənimsənilmişdir.

Orduda yüksək rütbəli komandirlər tərəfındən “ölü canlar” saxlamaq və bu yolla da dövlət əmlakını mənimsəmək halları geniş yayılmışdı. Yoxlama komissiyasının materialları prokurorluq orqanlarma göndərilmiş və bu materiallar əsasında qaldırılmış cinayət işi üzrə keçmiş müdafiə nazirinin müavini işləmiş Baba Nəzərli başda olmaqla xeyli yüksək rütbəli zabit həbs edilmişdi, istintaq davam etdikcə digər hərbi komandirlərin də bu cinayətlərdə iştirakı sübut olunurdu.

Bundan əlavə, Xocalı, Şuşa, Laçın və digər faciələrin günahkarlarının da Respublika Prokurorluğunun prinsipsizliyi nəticəsində aşkar edilməməsi məni prezident kimi vadar etdi ki, fevral ayında xüsusi fərman verib prokurorluq orqanlarına tapşırım ki, hərbi cinayətlərin, xüsusilə də Xocalı, Şuşa, Laçın faciələrinə görə qaldırılmış cinayət işlərinin istintaqı sürətləndirilsin. Bu fərmandan sonra Respublika Prokurorluğunun Milli Məclisə verdiyi məlumata görə, həmin işlərin istintaqı artıq bitmək üzrə idi və yaxın vaxtlarda bütün təqsirkarların bəlli olacağı gözlənilirdi.

Beləliklə, Milli Orduda korrupsiyaya qurşanmış və milli xəyanət yolu tutmuş cinayətkar ünsürlər məsuliyyətdən yaxa qurtara bilməyəcəklərini dərk edərək xilas yolları axtarmağa başladılar. Bu məqsədlə də onlar hökumətə tabe olmaqdan imtina edən S.Hüseynovun simasında öz müdafiəçilərini görüb onun ətrafında birləşdilər.

Digər tərəfdən, R.Qazıyev işdən azad edildikdən sonra mən göstəriş verərək hərbi xidmətə çağırılan 18 yaşlı gənclərin xüsusi hazırlıq keçmədən birbaşa döyüş bölgələrinə göndərilməsini qəti qadağan etdim. 1993-cü ilin yaz çağırışı keçmiş İttifaq respublikalarının hamısından fərqli olaraq 100% yerinə yetirildi.

Bütün çağırışçılar ordu nizamnamələrinə müvafiq hərbi təlimə cəlb olundular.

Beləliklə, nizami ordu yaradılması üçün əsaslı işlərə başlanıldı və ordudan dövlət əleyhinə istifadə etməyi nəzərdə tutan qüvvələr dərk etməyə başladılar ki, bir qədər də geciksələr onların niyyətləri puça çıxacaq və artıq yeni yaranmış sağlam, nizami ordudan hərbi çevriliş məqsədi ilə istifadə etmək mümkiin olmayacaq.

Gəncə qiyamı nə üçün başlandı və müvəffəqiyyət qazandı?

Azərbaycanın tam siyasi və iqtisadi müstəqillik xətti götürməsi, qonşu dövlətlərin, xüsusilə Rusiyanın, qismən İranın nüfuz dairəsindən çıxması bu ölkələrin narahatlığına səbəb olmuşdu.

Qərb ölkələri ilə iqtisadi sahədə aparılan danışıqlar artıq yekun mərhələyə daxil olmaq üzrə idi. Neft müqavilələri ilə bağlı ilkin razılaşmalar əldə edilmiş, niyyət protokolları imzalanmışdı. Payıza qədər AMOKO, BP və digər transmilli kompaniyalarla əməli müqavilələr imzalanmalı idi. İyunun 30-da Azərbaycan prezidentinin Böyük Britaniyaya rəsmi səfəri planlaşdırılmışdı. Azərbaycan ərazisindən keçəcək neft və qaz kəməri, dəmir və avtomobil yolları haqqında ilk beynəlxalq razılaşmalar əldə edilmişdi.

BMT və ATƏM çərçivəsində aparılan diplomatik iş sayəsində iyunun 15-də Kəlbəcərin azad edilməsi haqqında plan hazırlanıb imzalanmışdı və bununla da artıq döyüş əməliyyatlarına son qoyulacaq, Azərbaycan-Ermənistan münaqişəsinin siyasi yolla həlli prosesi başlanacaqdı. Bütün bu tədbirlərin reallaşması Azərbaycanın müstəqilliyi üçün təkcə iqtisadi deyil, eyni zamanda siyasi təminatlar da verirdi. Bu baxımdan, Gəncə yaxınlığındakı hərbi hissədə qiyamın iyun ayının əvvəllərində başlanmasını təsadüfi hesab etmək olmaz.

Qiyamın başlıca məqsədlərindən biri Qərb ölkələri ilə imzalanmaq ərəfəsində olan neft müqavilələrini pozmaq idi. İstər Rusiyanın, istərsə də İranın bu məsələdə xüsusi maraqları olduğundan, həmin ölkələr nəyin bahasına olursa-olsun bu müqavilələrin imzalanmasının qarşısını almağa cəhd göstərirdilər. Çünki Azərbaycan-Türkiyə neft kəməri nəinki Azərbaycanın, kəmərdən istifadə edən Orta Asiya və Qazaxıstan respublikalarının da Rusiyanın təsir dairəsindən qopub iqtisadi və siyasi müstəqilliyə çıxmasında əhəmiyyətli rol oynayacaqdı.

Gəncə qiyamında Rusiyanın hərbi-siyasi dairələrinin bilavasitə iştirakını təsdiq edən çoxlu faktlar vardır. Qiyamçıların İranda da belə dairələr tərəfindən dəstəklənməsi artıq sirr deyildir.

Qiyamın digər xarici aspekti Qarabağ müharibəsi ilə bağlıdır. Kəlbəcərin işğalından sonra ATƏM ölkələrinin bu məsələyə münasibəti daha da aydınlaşmış, BMT-nin 822-ci qətnaməsi Minsk qrupunun əsas işçi sənədinə çevrilmişdi. ABŞ və Türkiyənin səyləri ilə nə Rusiya, nə də Ermənistan üçtərəfli razılaşmalardan açıq surətdə imtina edə bilmirdi. Atəşin dayandırılması və sülh danışıqlarının başlanması Rusiyanın regiona nəzarətini xeyli dərəcədə zəiflədirdi. Ona görə nəyin bahasına olursa-olsun bu prosesi pozmaq lazım idi. Bu məqsədlə Gəncə qiyamından məharətlə istifadə edildi. Və qiyamdan sonra qısa müddətdə Azərbaycanın altı rayonunun işğal edilməsi Gəncə hadisələrinin bilavasitə məntiqi nəticəsi oldu. Bu işğal faktından artıq indi Rusiya öz şərtlərini Azərbaycana diqtə etmək, əslində isə yenidən Azərbaycana qayıtmaq üçün bir vasitə kimi istifadə edir.

Qiyamın daxili səbəblərinə gəldikdə isə, ölkədə kommunist restavrasiyası cəhdləri ən başlıca səbəb idi. 1993-cü ilin əvvəllərində 150-yə qədər “xalq deputatının” buraxılmış Ali Sovetin sessiyasını yığmaq çağırışı bu istiqamətdə atılmış ilk addım idi.

Hadisələrin sonrakı inkişafı bir daha təsdiq etdi ki, Azərbaycanda kommunist inzibati idarəçilik sistemini yenidən bərpa etmək cəhdi göstərilir. Hərbi cinayətlərdə iştirak etmiş yüksək rütbəli zabitlərin məsuliyyətdən yaxa qurtarmaq üçün hər şeyə hazır olması, siyasi müxalifətin hakimiyyətə can atması və qiyamçılarla həmrəy olması, qanuni seçilmiş hökuməti qoruyacaq dövlət strukturlarının formalaşmasının bir il ərzində başa çatdırılmaması, dövlət və hökumət aparatının bəzi yüksək vəzifəli şəxslərinin qiyamçılarla gizli əlaqələri, cəmiyyətdə demokratik ənənələrin və təsisatların zəif olması və s. amillər qiyamçıların qələbəsinə xidmət etmişdir.

Qiyamın nəticələri

Biz bu qiyamın Azərbaycanı fəlakətə apardığını vaxtında bildirmişdik. Müqayisə üçün deyək ki, bir illik hakimiyyətimiz dövründə Ağdərə və Goranboyu azad edib Kəlbəcəri itirmişdiksə, yeni iqtidarın hakimiyyətdə olduğu iki ay içində respublikanın altı rayonu – Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı və daha sonra da Zəngilan işğal olunmuşdur. Üst-üstə bu torpaqlar Qarabağ müharibəsinin başlamasından bəri itirilən torpaqlardan qat-qat çoxdur. Bu gün erməni hərbi birləşmələri 161 km məsafədə cənub sərhədlərimizə nəzarət edirlər. Baş verən qiyam Azərbaycanın real müstəqilliyi üçün ciddi təhlükə yaradır. Son bir ildə formalaşdırılmış siyasi kursdan imtina edilir. Milli Məclisin sentyabrın 3-də keçirilən iclasında isə yeni rəhbərliyin siyasi oriyentasiyası tamamilə aydın oldu. Görünür, tarix qarşısında məsuliyyətdən qaçan Heydər Əliyev respublikanın taleyinin yenidən Rusiyanın hökmünə bağlanmasını parlamentin üzərinə yıxdı və beləliklə, parlamentdən yeni səlahiyyət alaraq, Rusiya ilə bu mövzuda görüşlər apardı. Son illərdə bir çox siyasi cinayətlərin iştirakçısı olan Azerbaycan parlamentinin kommunistlər bloku bu cinayəti də öz üzərinə götürdü.

Azərbaycandakı yaranmış gərginlikdən, torpaqların işğal edilməsindən MDB-yə daxil olmaq üçün məharətlə istifadə edildi. Unudulur ki, respublikanın bu vəziyyətə düşməsi heç də MDB-yə daxil olub-olmamaqdan asılı deyildir. Sadəcə olaraq, MDB-yə girmək Rusiyanın suverenliyimizi məhdudlaşdıran ağır şərtlərini qəbul etməkdən, Rusiyanın bu və ya digər şəkildə yenidən Azərbaycana qayıtmasından başqa bir şey deyil.

Azərbaycanın İran və Türkiyə ilə sərhədlərinin rus qoşunları tərəfindən qorunması, şəksiz ki, imperiyanın köhnə hüdudlarda bərpasının başlanğıcı demək olardı. Azərbaycanda Milli Ordu qəsdən dağıdılır ki, biz hər vaxt başqa dövlətin ordusuna möhtac olaq.

Biz ən ağır vəziyyətimizdə belə Dağlıq Qarabağda yaranmış qurumu tərəf kimi qəbul etməmişik. Qiyam nəticəsində hakimiyyətə gəlmiş yeni qüvvələr hakimiyyətdə möhkəmlənmək naminə Qarabağa dair hər cür sövdələşmələrə, hətta Azərbaycan üçün ən əlverişsiz variantlara belə hazır olduqlarını nümayiş etdirməkdədirlər. Yüksək vəzifəli şəxslər ölkə rəhbərinin tapşırığı ilə üzdəniraq “DQR”-in “xarici işlər naziri” ilə bərabər tərəflər kimi sənədlər imzalayırlar. Söhbət Qarabağda ermənilərin yaratdıqları və müstəqil daxili, xarici siyasəti, öz ordusu olan bir qurumun Azərbaycan tərəfindən tanınması təhlükəsindən gedir. Biz müharibəni bundan əlverişli şərtlərlə başa çatdıra bilərdik, lakin bununla milli xəyanət yolunu seçmiş olardıq.

Addım-addım respublikanın Qərblə böyük çətinliklərlə yaradılmış əlaqələrindən geri çəkilir. Əldə edilmiş iqtisadi razılaşmalardan müxtəlif bəhanələrlə imtina edilir. Qarabağ problemi bütövlükdə Rusiyanın inhisarına verilir. Bütün bunlar son illərin çətin mübarizədə əldə edilmiş nailiyyətlərinin üstündən qələm çəkmək deməkdir.

Biz indi də bu fikirdəyik ki, ATƏM çərçivəsindən kənarda Qarabağ probleminin həlli yoxdur və bunun hər hansı separat formada müvəqqəti “həlli” olsa-olsa yeni münaqişənin başlanğıcını qoyur. Şübhə etmirəm ki, Azərbaycan xalqı kimlərinsə vəzifə və hakimiyyət ehtirasları naminə torpaqlarının qurban verilməsi ilə barışmayacaqdır.

Gec-tez həqiqət aşkarlanacaq, hakimiyyət hərislərinin əsl siması görsənəcəkdir. Lakin elə indinin özündə də çox şeylər açılır, quyu qazanlar özləri növbə ilə qazdıqları quyuya düşürlər. Əlbəttə, bütün qeyd edilənlər son bir ilin olsa-olsa qısa salnaməsidir. Vaxt ötəcək, zaman keçəcək, yeni-yeni faktlar aşkarlanacaq və o zaman ötən bir ilin uğurları ilə uğursuzluqlarını, demokratik qüvvələrin Azərbaycanın müstəqilliyini bərpa etmək üçün XX əsrdə göstərdikləri ikinci cəhdi daha dolğun qiymətləndirmək mümkün olacaq.

Nə etməli?

Bu mərhələdə məğlubiyyətimizə baxmayaraq, mən bu gün də tam əminliklə deyə bilərəm ki, bizim strateji xəttimiz, seçdiyimiz müstəqillik, demokratiya və liberal islahatlar yolu Azərbaycan xalqının mənafeyinə uyğun yeganə düzgün yoldur. Milli müstəqiliik əldə etmək imkanımıza və Azərbaycanda demokratik cəmiyyət qurmağın mümkünlüyünə şübhə ilə yanaşanlar da tezliklə bu sözlərdə nə dərəcədə böyük həqiqət olduğunun şahidi olacaqlar.

Uzun müddət ünvanımıza söylənilən şər və böhtanlara, əsassız ittihamlara cavab olaraq mən burada Avropa Yenidənqurma və İnkişaf Bankının 1993-cü ilin mart ayında qəbul etdiyi memorandumdan bir sitat gətirmək istəyirəm:

“Azərbaycan bazar iqtisadiyyatına keçid istiqamətində apardığı işlərə, demokratiyanın və çoxpartiyalılığın inkişaf mərhələsinə, iqtisadi potensialına, əhalisinin mentalitetinə görə iqtisadi islahatlara başlamış keçmiş SSRİ respublikaları içərisində ən hazırlıqlı respublikadır”…

Azərbaycan dövlətçiliyini yaradıb başa çatdırmağa bu mərhələdə bizə imkan vermədilər. Cəmiyyətin özü də səviyyəsi etibarilə, eyni zamanda həm müharibənin məhrumiyyətlərinə, həm də bazar islahatlarının ağırlıqlarına dözmək iqtidarında olmadı.

Lakin Azərbaycanda mülki cəmiyyətin əsaslarını yaratmaq bizə müyəssər oldu. Müstəqil, demokratik dövlətin yaranmasının ilkin şərtini, bünövrəsini, onun zəmanətini də məhz bu keyfiyyət təşkil edir.

Bu gün biz ümidsizliyə qapılmamalıyıq. Məğlubiyyətimiz nə qədər acı olsa da, müvəqqəti, zamana ehtiyacı olan bir məsələdir. Azərbaycamn müstəqilliyi uğrunda mübarizədə demokratik hərəkat öz qüvvələrini yenidən səfərbər etməli, əvvəlki qüdrətini bərpa etməli, xalqın müəyyən mənada itirilmiş etimadını özünə qaytarmalıdır.

Maarifçilik işini, demokratik idealların – insan hüquqlarının toxunulmazlığının, humanizm dəyərlərinin təbliğini davam etdirmək bizim başlıca vəzifələrimizdən biri olaraq qalır.

Demokratik hərəkatımız heç bir güzəştə getmədən ilk növbədə müstəqilliyimizin keşiyində dayanmalıdır, respublikamn hazırkı iqtidarına müstəqilliyimizə, ərazi bütövlüyümüzə, milli sərvətlərimizə xələl gətirəcək addımlar atmasma yol verməmək üçün bütün siyasi mübarizə üsullarından istifadə etməlidir. Onlara Azərbaycanı demokratik inkişaf yolundan döndərməyə. yenidən totalitarizmə qaytarmağa imkan verməməlidir.

İnanıram ki, demokratik, müstəqil Azərbaycanın alternativi yoxdur.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button