Eldar Sabiroğlu Cavanşir Feyziyevdən yazdı

"Cavanşir Feyziyev qurtardı..."

Neçə vaxtdır ki, Cavanşir Feyziyevin və ailəsinin London macəraları haqda söz-söhbət aləmi başına götürüb. Milyonlar ortadadır və bu pullar onu dinc buraxmır. Adam çalışır ki, çirkaba bulaşmış sifətini necə olsa da yuyub təmizləsin, ancaq bacara bilmir. Özündənrazı bu yekəxana deputat “dostumuz” ayıbına kor olub səsini içinə çəkməkdənsə, başlayıb Azərbaycan jurnalistikasına töhfələr vermiş yazarlarımızı kəskin ifadələrlə təhqir etməyə və onları aşağılayıcı söyüşlərə (bunun başqa adı yoxdur) məruz qoymağa… Onların arasında məni xoşlamayan və mənim də xoşlamadığım qələm sahibləri ola bilər. Bu mümkündür. Lakin ucdantutma Azərbaycan mətbuatına əvəzsiz xidmətlər göstərmiş hamını təhqirə məruz qoymaq Feyziyevə qətiyyən hörmət və nüfuz gətirməz. Əslində o, deputata yaraşmayan hərəkəti ilə olan-qalan nüfuzunu itirərək özünü yerlə bir elədi. Onun artıq sözü və şəxsiyyəti bununla bitdi. Feyziyevin təhqirdolu yazısını hörmətli Bahəddin Həziyevin ona etiraz əlaməti olaraq Mətbuat Şurasının üzvlüyündən istefasından sonra oxudum. İnciməsin məndən, inciyərsə də bir stəkan sərin su içsin. Bu adamın heç adi mədəniyyəti və tərbiyəsi yoxmuş. Necə deputat olub Allah bilir!!! Ramiz Mehdiyevin və Əli Həsənovun qurub-quraşdırdığı Mətbuat Şurası idarə heyətinin üzvündən başqa nə gözləmək olar… Bəli, Feyziyev qurtardı. İnsan kimi o, artıq cəmiyyət arasına çıxa bilməyəcək. Bu jurnalistlər sıradan jurnalistlər deyildilər. Feyziyev unutdu ki, onların hər biri ictimai fikir yaradan qələm sahibləridirlər…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button