Erməni atletlərin dopinq qalmaqalı

Tigran Martirosyan (sağda) 2011-ci il, Fransa

Rusiya laboratoriyası dopinq testində saxtakarlıq edib

Erməni atletləri Olimpiya dopinq testində saxtakarlıq etmək üçün Rusiya laboratoriyasından istifadə ediblər.
Bir çox sübutların olmasına baxmayaraq Rusiya hökuməti olimpiadada iştirak edən idmançılar üçün dəfələrlə dopinq əməliyyatı keçirdiyini inkar edib.

Ancaq Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsinin (OCCRP) tərəfdaşı “hetq.am” saytı tərəfindən hazırlanan yeni bir araşdırmaya görə Rusiyada qalmaqala səbəb olan Moskva laboratoriyası bir qrup erməni atletinin 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən olimpiya oyunlarında medal qazanmaları üçün qadağan olunmuş dopinq qəbul etmələrinə kömək edib.

Milli atletika komandasının iki medalçısı da daxil olmaqla yeddi üzvü jurnalistlərə dopinq proqramı haqqında məlumat verib. Onlardan üçünün səsi qeydə alınıb, digərləri isə adlarının gizli saxlanılmasını istəyib. Ermənistanın Anti-Dopinq Agentliyinin rəhbəri, həmçinin qonşu Gürcüstanın səlahiyyətli nümayəndəsi Areq Hovanisyan müxbirlərlə danışıb və Moskva ilə əməkdaşlıq haqqında detallı məlumat verib.

Mövcud vəziyyət göstərir ki, beynəlxalq anti-dopinq testindən qaçmaq üçün bir neçə müxtəlif metoddan istifadə etməklə kompleks əməliyyatlar keçirilib.

Bu əməliyyatlara idmançıların gücünü artırmaq üçün dərmanlar əldə etmələrinə kömək olunması, sidik analizlərinin nə zaman alınacağını onlara öncədən xəbər verilməsi, təmiz çıxan nümunələrin daha sonrakı yoxlanışlar üçün saxlanılması və ən əsası test nəticəsi təmiz olacağına əmin olunan idmançıların beynəlxalq yoxlanışlara göndərilməsi daxildir.

Bütün test nəticələri Moskvanın köməyi ilə təhrif edilib.

2008-ci ildə Pekində gümüş medal qazanan Tiqran V.Martirosyan “hetq.am” saytına bildirib ki, Ermənistan hökuməti hər hansı bir yarışa göndərməzdən əvvəl komanda üzvlərinin dopinq istifadə etmədiklərindən əmin olmağa çalışırdı:

“Onlar bizi yoxlanışdan keçiriblər. Bizim test nəticəmizin təmiz olub-olmamasını onlar deyə bilərlər”. T.V.Martirosyan heç vaxt dopinq testində müvəffəqiyyətsizlik əldə etməyib.

Ermənistanın ağırlıqqaldırma üzrə komandasının keçmiş üzvü Ağası Ağasyan isə qeyd edib ki, yoxlanışdan keçərkən narkotik maddələrdən istifadə etməsi ehtimal olunan idmançıları testdən keçirirdilər ki, beynəlxalq səviyyədə aparılan yoxlanışlarda problem olmasın:

“Biz nümunələri yarışlardan əvvəl göndərirdik. Məsələn, mənim test nəticəmin təmiz olduğunu görəndə müsabiqəyə göndərirdilər. Başqa bir atletin test nəticəsi yaxşı olmasa, göndərmirdilər”.

O, əlavə edib ki, bütün lazımı tədbirlər görülüb və heç kəs tutulmayıb:

“Mən dəqiqliklə deyə bilmərəm ki, test nümunələrini kim göndərdi, ancaq Ermənistan Ağırlıqqaldırma Federasiyası heç kəsin tutulmamasına çalışırdı”.

Bütün dopinq-test nümunələri Moskvadakı Rusiya Antidopinq Mərkəzinin keçmiş direktoru Qriqoriy Rodçenkova göndərilib. Bəzi idmançılar dopinq qəbul etdiklərini etiraf etsələr də, laboratoriya onları testdən “təmiz” çıxarıb:

“Bu, hamıya məlumdur ki, əgər kimsə dopinq test nəticələrini saxtalaşdırmaq istəyirsə, Rodçenkova müraciət etməlidir” – deyə qonşu Gürcüstanın Anti-Dopinq Agentliyinin rəhbəri Pavl Kasradze bildirib.

Ermənistanın Anti-Dopinq Agentliyinin rəhbəri Hovhannisyan bu iddiaları təsdiqləyib: “Onlar test nümunələrini Rodçenkova göndərdilər və ona nəğd pul ödədilər”.
Rusiyanın keçmiş idman rəsmisi “Nyu-York Tayms”-da, ABŞ-ın “60 dəqiqə” adlı xəbər jurnalında və Oskar mükafatı qazanmış “İkarus” adlı sənədli filmdə Rusiya laboratoriyasının bütün sirlərini ortaya çıxarıb.

İdmançılar “hetq.am” saytına bildiriblər ki, erməni dopinq proqramı ağır atletika dünyası üçün sirr deyil. Onlar əlavə ediblər ki, dərmanları özləri qəbul edib, həmçinin Ermənistan Ağırlıqqaldırma Federasiyası onlara dərmanları pulsuz verib.

Nəhayət, Rusiyanın həyata keçirdiyi proqram ortaya çıxıb və erməni idmançıları tutulub. Bu qalmaqal onlara baha başa gəlib.

Komanda üzvlərindən ikisinin Olimpiya medalları ləğv olunub. Ermənistan milli komandası artıq Rumıniyada başlayan Ağır atletika üzrə Avropa çempionatında iştirak etmir.

Digər səkkiz ölkə: Rusiya, Qazaxıstan, Belarusiya, Azərbaycan, Çin, Ukrayna, Moldova və Türkiyə ilə birlikdə Ermənistanın da bütün beynəlxalq ağır atletika müsabiqələrində iştirakı birillik dayandırılıb. Ermənistanın İdman Federasiyası rəsmilərinin sözlərinə görə, bu qərar martın 26-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İdarə Heyəti tərəfindən nəzərdən keçiriləcək, lakin hələlik nəticələr açıqlanmayıb.

 

Hər hansı bir dəyəri qazanmaq

 

Rəsmilər və idmançılar dopinq proqramının Ermənistan Ağırlıqqaldırma Federasiyasına 2006-2012-ci illərdə rəhbərlik edən Samvel Xaçatryanın vəzifəsi dövründə həyata keçirildiyini və ölkənin 2008 və 2012-ci illərdə olimpiya medallarını qazanmaq arzusunun buna səbəb olduğunu qeyd ediblər.

“Dopinqin istifadəsi Samvel Xaçatryanın dövründə başlamışdır” – deyə adının açıqlanmasını istəməyən bir idmançı bildirib: “Onlar sizi məcbur etmir ki, dopinq istifadə edəsiniz, ancaq başqa seçiminiz yoxdur. Əgər siz onu istifadə etməsəniz, başqası istifadə edəcək və sizin yerinizə komandaya o qatılacaq”.

Xaçatryan 2012-ci il oyunlarından sonra komandanı tərk edib. Onunla telefon vasitəsilə əlaqə saxlasaq da, şərh verməkdən imtina etdi. “Məndən nə isə soruşmağınızı istəmirəm”-deyə cavab verərək telefonu bağladı.

Təsdiq olunmuş erməni idmançılar gücartıran dərman vasitələrini qəbul ediblər. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən toplanan məlumatlara əsasən, ən çox “Stanozolol” və “Turinabol adlı” gücartıran vasitələrdən istifadə olunub.

Bu maddələri qəbul edən idmançılar məşq zamanı dərman qəbul etməyən idmançılara nisbətən daha sürətli olurlar. Bu maddələrin qəbulu 1 ay içərisində sidik analizi vasitəsilə müəyyən oluna bilər. Buna görə də Dünya Anti-Dopinq Agentliyi (WADA) bütün idman növləri üzrə geniş yoxlanışa başladı. Bütün atletlər adətən öz ölkələrində yoxlanışdan keçdilər, lakin yalnız bir neçə laboratoriya test nəticələrini müəyyən etmək üçün lisenziya aldı. Bütün proqram beynəlxalq rəsmilər tərəfindən nəzarətə götürüldü.

Bu proqram Ermənistanda ağır atletika komandasını parçalamağa gətirib çıxarıb. Proqram bəzi ağırlıqqaldıran idmançıların steroidlər istifadə etməsinə kömək etməklə başlayıb.

“Güc artıran dərmanları Ukraynadan aşağı qiymətlərlə ala və burada sata bilərdilər”- adının gizli saxlanılmasını istəyən başqa bir idmançı qeyd edib:

“Ancaq dərmanlar milli komandaya satılmadı, pulsuz verildi. Narkotiklər bahalı deyildi; 100 dərman 20.000 dram (42 dollar) edirdi”.

“Öz vəziyyətim haqqında deyə bilərəm ki, vitamin almaq üçün pulum yox idi. Ancaq güc artıran dərmanları almaq üçün 1000 dramım (2 dollar) var idi. Dərman ucuz idi və apteklərdə satılırdı. Mən uşaq olanda bu dərmanlardan aldım və istifadə etdim” – komandanın keçmiş üzvü Ağasyan deyib.

Bundan sonra yoxlanışların qarşısını almaq üçün bir sıra rüsumlar tətbiq olunub. Bir nəfər yoxlanışların başlama vaxtı ilə bağlı öncədən idmançılara xəbərdarlıq edirmiş.

2009-ci ildə Dünya Anti-Dopinq Agentliyi (WADA) ölkə içərisində dopinq testi etməsi üçün Ermənistanın “ARMNADO” adlı Anti-Dopinq Agentliyinə lisenziya verib. Təşkilatın fəaliyyətinin ilk iki ilində test nümunələrini hara göndərməsi ilə bağlı məlumat yoxdur.

Beynəlxalq qaydalar aydın idi: Dünya Anti-Dopinq Agentliyinin qaydalarına əsasən “ARMNADO” əvvəlcədən xəbərdarlıq etmədən və heç bir ayrı-seçkilik qoymadan vəzifəli şəxsləri, məşqçiləri və ya idmançıları yoxlanışdan keçirməli idi.

Ancaq 2009-cu ildən bəri “ARMNADO”-ya rəhbərlik edən Hovhannisyan Ağırlıqqaldırma Federasiyasının rəsmi məktub yazaraq agentliklə əlaqə saxladığını, test tələb etdiyini və kimlərin yoxlanışdan keçməli olduğunu əvvəlcədən müəyyən etdiyini söyləyir.

Narkotikin bədənlərindən təmizlənməsi və testdən təmiz çıxmaları üçün maddələrin istifadəsini hansı gün dayandırmalı olduqları erməni idmançılara deyilirdi. Heç kim Ermənistanda aparılan yoxlamalardan keçməyib.

2012-ci ildə London Olimpiadalarında bürünc medal qazanan Hripsim Xurşudyan erməni xəbər agentliyi “Mediamaks”a bildirib ki, həkimlərin icazəsi olmadan hər hansı bir dərman, hətta vitaminlər istifadə edilməyib. Ancaq idmançılara 10 gün içində bədənin özünü maddələrdən təmizləyə biləcəyi deyilib və idmançılar buna inanıb”.

Bəzi hallarda idmançılara öncədən xəbərdarlıq edilib. “Yoxlanış etmək üçün bütün dünyadan nümayəndələr gəlmədən öncə biz az-çox bilirdik ki, qəbul etdiyimiz maddələr sidikdən nə qədər müddətə təmizlənər və testdən keçə bilərik. Bu, 2012-ci ildə Londonda keçirilən olimpiadalara qədər belə davam edib” – adının açıqlanmasını istəməyən idmançı belə deyib.

İdmançı əlavə edib ki, digər hallarda yoxlanış keçirənlərə dərman istifadə etməyənlərin təmiz sidik nümunələri verilirdi.

“ARMNADO” təşkilatının rəsmisi Hovanisyan bu üsulu təsdiqləyib.

“Dopinq test edənlərə öncədən xəbər verilib. İdmançılar köhnə test nümunələrini verirdilər. Bu, çox məşhur bir üsul idi”.

 

Rusiyaya sevgi ilə

 

2011-ci ildən 2014-cü ilə qədər bütün test nümunələri Rodçenkovun rəhbərlik etdiyi WADA-nın lisenziya verdiyi Moskva laboratoriyasına göndərilirdi. Bəzi mənbələr “hetq.am” saytına bildirib ki, digər post-sovet ölkələri də bu laboratoriyadan istifadə edib.

Gürcüstanın Anti-Dopinq Agentliyinin rəhbəri Pavle Kasradzeyə görə bu laboratoriya erməni rəsmiləri ilə sözləşərək yoxlanışların nəticələrini saxtalaşdırıb:

“Saxtalaşdırma haqqında danışarkən istisna etmək olmaz ki, test nəticələri mənfi olurdu, lakin onların təmiz olduğu göstərilirdi”.

Moskvanın nəticələri saxtalaşdırması sayəsində testdən uğurlu çıxa bilməyən idmançıların müsabiqədən xaric olunmasının qarşısı alınıb. Ancaq hər bir halda onlar növbəti müsabiqələrdən xaric olunmamaq üçün test nümunələrinin təmiz olduğuna əmin olmalı idilər.

2008-2012-ci illər arasında Ermənistan Ağırlıqqaldırma Federasiyası idmançılara xəbərdarlıq edib ki, test nəticələri mənfi çıxan idmançılar analizin pulunu özləri ödəməlidirlər.

Atletlərdən biri bildirib: “Onlar bizə dedilər ki, Moskvada hər bir testin qiyməti 120 avrodur və əgər ikinci test lazım olsa, özümüz ödəməliyik. Əgər birinci test nümunəsi təmiz çıxmasa, ikinci dəfə nümunə göndərilirdi”.

Atlet əlavə edib ki, bir çox idmançı iki dəfə yoxlanışdan keçib, halbuki onlar bilirdilər ki, bədənləri dopinq maddələrdən nə müddətə təmizlənir.

“ARMNADO” rəsmiləri digər idman növləri ilə məşğul olan idmançıların test nümunələrini müxtəlif laboratoriyalara göndərirmiş. Ancaq ağırlıq qaldıran idmançıların test nümunələri yalnız Moskvaya göndərilib.

Baxmayaraq ki, Ermənistanın hesabatları tam deyil və sadəcə Moskva laboratoriyası ilə 2013-cü ildən əməkdaşlıq etdikləri göstərilir. Ancaq faktiki olaraq Rusiya Anti-Dopinq Agentliyi RUSADA-nın illik fəaliyyət hesabatında göstərilir ki, laboratoriya 2011-2014-cü illər arasında fəaliyyət göstərib.

 

Şübhəli nəzarət və saxta sənədləşdirmə işlər

 

Şərqi Avropa Regional Anti-Dopinq təşkilatı (EE RADO) Tbilisidə yerləşir. Nəzəriyyəyə əsasən, bu müstəqil, yüksək səlahiyyətli orqanın fəaliyyət göstərməsi erməni idmançıların dopinq istifadə edərək saxtakarlıq etməsinin qarşısını alıb. Ancaq praktika göstərir ki, EE RADO təşkilatını Ermənistanda təmsil edən, erməni əsilli Karen Stepanyan da “ARMNADO” ilə əməkdaşlıq edib. “EE RADO” təşkilatının, eyni zamanda Gürcüstanın Anti-Dopinq təşkilatının rəhbəri olan Kasradze bunu normal hesab edir.

Dünya Anti-Dopinq Agentliyinin (WADA) Dünya Anti-Dopinq Məcəlləsinə əsasən anti-dopinq təşkilatları dopinq yoxlanışları ilə bağlı ümumi statistikaları göstərən ən azı illik hesabatı ictimai şəkildə nəşr etməli və bir nümunəsini də WADA-ya göndərməlidirlər.

Lakin “ARMNADO” 2009, 2010, 2014 və 2015-ci illərin hesabatlarını dərc etməyib. Təşkilatın internet saytı artıq fəaliyyət göstərmir. Digər ölkələr, Gürcüstan, Azərbaycan, Ukrayna, Qazaxıstan və Moldova da illik hesabatlarını dərc etməyib.

Məsələnin sonu

Rusların proqramı ləğv edildikdən sonra erməni əməliyyatı sona çatıb. 2015-ci ildə WADA Rusiya Dopinqlə Mübarizə Agentliyinin Dünya Anti-Dopinq Məcəlləsinə uyğun davranmadığını və Rodçenkovun laboratoriyasının fəaliyyətinin dayandırdığına elan edib.

Dünya Anti-Dopinq Agentliyinin 2016-cı ildə “McLaren Report” adlı araşdırmasında Rusiyanın bu il Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında iştirak etməsinin qadağan olunmasıyla nəticələnən dopinq əməliyyatı ilə bağlı daha bir sübut ortaya çıxıb. 28 rus idmançısının müsabiqələrdə iştirakı ömürlük qadağan edilmişdi. Lakin sonra Rodçenkovun təqdim etdiyi sübutların kifayət etmədiyi qərara alınıb və həmin idmançılarla bağlı verilən qərar İdman Arbitraj Məhkəməsi tərəfindən ləğv edilib.

2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi qərar verib ki, Pekində və Londonda yay olimpiya oyunları müddətində götürülən test nümunələri yenidən yoxlanılmalıdır. Əsas hədəf nöqtəsi Moskva laboratoriyasından istifadə edən ölkələr idi. Yenidən yoxlamalar zamanı test nümunəsi təmiz çıxmayan idmançılar müsabiqədən kənarlaşdırılıb, bəzilərinin medalları əllərindən alınıb.

Bu zaman Ermənistanın saxtakarlığı beynəlxalq səviyyədə üzə çıxıb. 20 Oktyabr 2017-ci il yenidən yoxlamaların nəticəsində qeyri-qanuni narkotik istifadəsinə görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən 1 il müddətində müsabiqələrdən uzaqlaşdırılan 9 ölkədən biri də Ermənistan oldu.

İki erməni atletinin medalı ləğv olundu və Ermənistan Ağırlıqqaldırma Federasiyası 50000 dollar cərimə ödəməli oldu.

2008-ci ildə bürünc medal qazanan Tiqran G.Martirosyan və 2012-ci ildə Londonda bürünc medal qazanan Hripsim Xurşudyan öz olimpiya medallarını itirdilər. Onlardan heç biri Beynəlxalq Olimpiya Komitəsinin qərarına etiraz etmədi.

(Tigran G.Martirosyanın 2008-ci ildə gümüş medal qazanan və heç vaxt test nəticəsi müsbət çıxmayan Tigran V. Martirosyan ilə əlaqəsi yoxdur)

Məşqçi: bunu hamı edirdi

2016-cı ildə Erməni atletlərinin Olimpiya medallarını qaytarmalı olduqları elan olunanda kişilərdən ibarət komandanın baş məşqçisi Paşik Alaverdyan mətbuat konfransında qeyd etdi ki, müxtəlif yerlərdən olan bütün atletlər bu dərmanlardan istifadə edib. Ancaq yoxlanışdan 100-120 gün öncə orqanizm təmiz olmalı idi.
“Hetq.am” saytı 2015-ci ildən məşqçi kimi fəaliyyət göstərən, ancaq 2012-ci ildən federasiyanın ümumi katibi olan Alaverdyana dopinq proqramı haqqında nə qədər məlumatı olması ilə bağlı sual ünvanladırdı.
“Test nümunələrini mən göndərmədim. Nə də nəticələr haqqında məlumatım var idi. Mən bu barədə heç nə edə bilməzdim. Sizin suallarınızı cavablandıra bilmirəm. Mən artıq üç ildir ki, bu işdə məsul şəxsəm və heç kimin burnu belə qanamayıb. Xahiş edirəm yazın ki, mən heç nə bilmirəm”- onun cavabı belə oldu.

“Hetq.am” saytı üçün müsahibə verən idmançılar da Alaverdyanın güc artıran dərmanların satışında və paylanmasında iştirak etmədiyini təsdiqləyiblər.

Olimpiya oyunlarında bürünc medal qazanan iki idmançıya, Martirosyana və Khurshudyana, Ermənistan hökuməti tərəfindən 10 milyon dram (2018-ci ildə təxminən 20,800 dollar edir) mükafat verilib.

“Hetq.am” saytının pul mükafatının Ermənistan hökumətinə geri qaytarılıb-qaytarılmaması ilə bağlı göndərdiyi sorğuya İdman və Gənclər Nazirliyindən belə cavab verilib:

“Pul hökumət kassasına qaytarılmayıb. Mükafatın qaytarılması ilə bağlı müddəti müəyyən edən hər hansı bir qanun yoxdur”.

Ermənistanın idman və gənclər naziri və Ermənistanın Milli Olimpiya Komitəsinin keçmiş Baş katibi Hraça Rostomyan nə rəhbərlik etdiyi təşkilatı, nə də adı dopinq qalmaqalında çəkilən idmançıları günahlandırır. O, iddia edir ki, əsas günahkarlar Ağırlıqqaldırma Federasiyasının keçmiş idarəçiləri olub.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button