Erməni əsirlər Azərbaycanda qalmaq istəyir

Erməni əsirlər

Azərbaycanda olan erməni əsirləri hələlik heç bir ölkə qəbul etməyə razılıq vermir

 Məlumatlı mənbədən bazar ertəsi Trend-ə bildirildiyinə görə, Azərbaycanda saxlanılan ermənilər – 3 hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxs əsir düşdükləri ilk gündən Ermənistana qayıtmaq istəmədiklərini və üçüncü ölkəyə getmək istəklərini bəyan ediblər. Mənbə bildirib ki, onların bu barədə müraciətləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına təqdim olunub.

Əsirlikdə olan Ermənistan vətəndaşlarını qəbul etmək üçün bir neçə ölkəyə müraciət olunsa da, həmin ölkələr onları qəbul etməkdən imtina ediblər. Mənbənin məlumatına görə, hazırda bu istiqamətdə iş aparılır. Azərbaycanda 3 hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxs əsirlikdə saxlanılır. Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçini onların razılığı ilə üçüncü ölkəyə göndərib. Sentyabrın sonlarında isə Ermənistanda əsirlikdə olan Roman Hüseynov üçüncü ölkəyə göndərilib.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button