Etimad İsmayılov azadlığa çıxdı

Rusiya İlyas İsmayılovun oğlunu azadlığa buraxdı…

XuralTAC-a daxil olan məlumatlara görə, 3 ildən çoxdur ki, Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşayan Etimad İsmayılov həbsxanadan azadlığa buraxılıb. Bu haqda redaksiyamızı Etimad İsmayılovun yaxınları məlumatlandırıb. Məlumatı alan kimi Etimad İsmayılovun atası, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovla əlaqə saxladıq və İlyas İsmayılov xəbəri təsdiqlədi. XuralTAC-a daxil olan məlumata görə, Etimad İsmayılovun həbsdən azadlığa buraxılması xəbərini Rusiyanın ura.az saytı da geniş işıqlandırıb. Ura.az saytının yaydığı xəbərə görə, Etimad İsmayılov həbsxanadan azadlığa buraxılandan sonra da Çelyabinskini tərk etməyəcəyini bildirib. E.İsmayılov Çelyabinskdə qalacağını, buradakı korrupsiyaya qarşı mübarizə aparacağını söyləyib. O, həmçinin hər addımbaşı pozulan insan hüquqlarının da müdafiəsi üçün çalışacağının anonsunu verib.

Xatırladaq ki, №540368 saylı cinayət işi 24 avqust 2006-cı ildə qaldırılmış, bu cinayət işi Rusiya FSB-sinin Çelyabinsk şəhər şöbəsi tərəfindən davam etdirilmiş, E.İsmayılova 8 il həbs cəzası verilmişdi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button