Fransa prezidenti Azərbaycana hörmətsizlik edib!

Timur Selçuk

Soyadın Sarkozidir, ismini bilmirəm – Corcdu, ya İvandır?!

 Timur Səlçuk: “Fransa ermənilərin qarşısında gözükölgəli olduğu üçün, bu hadisəni başqasının üstünə ataraq, özünü təmizə çıxarmağa cəhd edir”

 XuralTAC-a Abdulla Abdullayevin sədri olduğu “Demokratik İslahatlara Vətəndaş Dəstəyi” İctimai Birliyinin xarici əlaqələr üzrə sədr müavini Timur Səlçukun imzası ilə bəyanat daxil olub. Bəyanatda deyilir:

 – “Demokratik İslahatlara Vətəndaş Dəstəyi” – (DİVD) İctimai Birliyi dünyada demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin, insan hüquq və azadlıqlarının təmin olunmasını, bu dəyərlərə sahib çıxılmasını əsas məqsəd kimi qəbul etməklə, bu istiqamətdə öz fəaliyyətini aparmaqdadır. Təəssüf ki, bu dəyərlərin daha sağlam formada dünyada yayılmasını istəsək də, bəzi böyük dövlətlərin buna ciddi önəm verməməsi və ən pis formada həyata keçirməsi bizləri çox narahat edir.

Fransanın Avropa demokratiyasının önündə gedən ölkə olması və bu ölkənin dövlət başçısının Azərbaycan Respublikasına səfər etməsi xalqımızı çox sevindirirdi. Amma Fransa prezidentinin Azərbaycana gəlməmişdən öncə Ermənistan Respublikasında olan zaman erməni hakimiyyəti ilə apardığı danışıqlardan, etdiyi ziyarətlərdən biz də onun ölkəyə gəlişindən müəyyən gözləntilərimiz var idi. Təəssüflə qeyd edək ki, Fransa prezidenti Sarkozi Azərbaycana səfəri zamanı qarşılanma mərasimində və qaldığı müddətdə Azərbaycan dövlətinə, onun xalqına hörmətsizlik etmişdir. Fransa xalqının seçdiyi bir adamın başqa dövlətlərin atributlarına, onun ziyarətgahlarına laqeyd yanaşması, ən azı onun öz xalqına hörmətsizliyidir. Çünki o, bir xalqın təmsilçisi kimi başqa bir ölkəyə səfər etmişdir. Fransa prezidenti qarşılanma mərasimində himnimizdən sonra bizim bayraq qarşısında baş əymirsə, əsgərimizə salam vermirsə, biz bu cür davranışı onun təlim-tərbiyəsinin və elementar dövlətçilik mədəniyyətinin olmamasında görürük.

Sarkozi Ermənistanda qondarma erməni soyqırım abidəsini ziyarət edib. Dediklərinə görə 100 il bundan öncə osmanlılar 1.5 milyon ermənini qırıb. Təəssüflə qeyd etməliyik ki, ya dünyada savadsızlıq, ya qərəzlilik, ya da mövqesizlik baş alıb gedir. Amma biz bilirik nə baş verib. 100 il bundan öncə indiki Türkiyə ərazisində əhalinin sayı 13 milyon idi. Etniklərin sayı isə 20%-ə çatırdı. Türkiyənin doğusunda isə əhali 500 mindən yuxarı deyildi. Necə oldu ki, 1.5 milyon erməni qırıldı?! Ermənilərin etnik olaraq yaşadığı Van, İğdır, Qars, Ərzurumda bu gün ümumi əhalinin sayı 2.5–3 milyon arasındadır. Baxmayaraq ki, 100 il zaman keçib, 4 nəsil dəyişib, Türkiyə öz ərazisinə 3 dəfə qaçqın və köçkün qəbul edib, yenə də bu əhalinin sayı 3 milyonu ötməyib.

Soyqırım sözünün elmi, məntiqi, həm də siyasi açılışı dinc sakinlərə isgəncə vermək, kütləvi formada öldürmək, köçürmək və s. anlamındadır. Əgər bu məntiqdən düşünə bilsək, məhz Osmanlı imperiyasının son dövrlərində imperiyanı parçalayıb ona sahib olmaq istəyən dövlətlərin maraqları çərcivəsində erməni kimi xalqlardan məqsədyönlü şəkildə istifadə edilmişdir. Fransız hakimiyyətinin Türkiyə ərazisində qırğınlar, kütləvi qətllər törətmək kimi ermənilərə verdiyi vədlərin qarşısını Osmanlı imperiyası qətiyyətlə aldı. Əgər belə bir soyqırım iddiası varsa belə bunun məsuliyyətini osmanlılar yox, fransızlar daşıyırlar. Onlar erməni xalqını türklərə qarşı silahlı üsyana təhrik edərək bugünkü soyqırımı törətmişlər. Ermənilərin qarşısında gözükölgəli olduqları üçün, bu hadisəni başqasının üstünə ataraq, özlərini təmizə çıxarmağa cəhd edirlər. Amma biz tarixi çox yaxşı bilirik. Qoy onlar tək ermənilər üzərində yox, başqa millətlərə də etdikləri soyqırımları tanısınlar.

Türklərdə belə bir misal var: Su gələn arxa bir də gələr. Bir gün gələr törətdiyiniz soyqırımı sizlərə dünya qəbul etdirər. Dünya inkişaf edir, bugün səndə, sabah məndə olacaq. Elə yaşayın ki, sonra peşimançılıq çəkməyəsiniz. Sən bir millətin təmsilçisisən. Böyüyün kimdi, bilmirəm. ABŞ, ya Rusiya? Bəs sən Obama olsaydın, nə edərdin?! Medvedyev olsaydın, nələr edərdin?!

Qarabağda ermənilərin qətlə yetirdiyi minlərlə dinc insanların günahsız öldürüldüyü bu millət şəhidinə məzar tikib. Sən Azərbaycana gəlirsən, onun şəhidini ziyarət etmirsən. Bu millətin liderini ziyarət etmirsən. Soyadın Sarkozidir. İsmini bilmirəm – Corcdu ya İvandır. Sən bilmirəm, bizim anamızsan, ya ruslar demiş “matuşkamızsan”. Amma nə ana qayğısı görürük, nə matuşka qayğısı. 100 il öncə baş verən uydurma hadisəyə görə münasibət bildirirsən, amma son zamanın dünyanın gözü qarşısında baş verənə – Xocalı soyqırımına fikir bildirmirsən. Sən Fransız xalqına nə haqla bu qədər hörmətsizlik edirsən? Əgər demokratiyadan danışırsınızsa, nədən ədalətsizliyi dəstəkləyib,  ədaləti ayaqlayırsan. Azərbaycan dövlətinin rəhbəri Fransaya gələndə bütün normativlərə riayət edir. Nədən sən Azərbaycan Respublikasına gələndə  bu dövlətə hörmətsizlik edirsən?! Azərbaycan sənin işğal olunmuş ölkəni alman kapitulyasiyası dövründə stol arxasında oturdan, dövlətlər arasına qatan Sovet imperiyasından  müstəqil, bərabər, qarşılıqlı münasibətlər qurmaq üçün ayrılan bir ölkədir. O imperiya ki, dünyanı lərzəyə gətirirdi. Sənin kimilərin bu dövlətə təsiri, təzyiqi mümkün deyil. Bu millətin nökəri də olsa, Ağadır!

Gələcəkdə bir də Azərbaycana  gəlmək istəsən bu xalq səni qarşılamayacaq, etiraz edəcəkdir.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Bosh ,menasiz yazidir. Birincisi .bu ifade ile hansi xalqin adindan danishirsiz ? sonra ise Xocaliya de sarkozini günahlandirirsiz. Bu absur ittihamdir. Ona göre ki Bu güne kimi ne Azerbaycan hökumeti ,ne de parlamenti Xocaliya bildirib onu soyqrim kimi qebul etmeyib. Milletin . Miletin LIDERININ qebri hazirda ANQARADADIR.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button