Gəlin toyu günü qəzada həlak oldu

vesileBakıda gəlin toyu günü yol qəzasında həlak oldu.
 

Hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.  xural.com-un əldə etdiyi məlumata görə, Hyundai markalı avtomobilin sükan arxasında olan 25 yaşlı Sail Yadulla oğlu Bədirli idarəetməni itirib və avtomoboili aşırıb.

Sürücüdən başqa maşında olan 24 yaşlı Vəsilə Qasım qızı Qurbanova qəza zamanı həlak olub. Sürücü və həyat yoldaşı 22 yaşlı Rufana Nüsrət qızı Bədirli ağır vəziyyətdə xəstəxnaya çatdırılıblar.

Qeyd edək ki, Vəsilə Qurbanova toya hazırlıq üçün gözəllik salonuna gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib.

Qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button