General Rasim Musayev

Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi oldu…

 

Azərbaycan prezidenti Gəncə Şəhər Baş Polis İdarəsinin və DİN Katibliyinin rəisinə general-mayor rütbəsi verdi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin iki zabitinə general-mayor rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Musayev Rasim İslam oğlu və DİN Katibliyinin rəisi Şirinov Nüsrət Kamran oğluna polis general-mayoru ali xüsusi rütbəsi verilməsi barədə qərar qəbul edib.

Rasim Musayevin fəaliyyəti haqqında zaman-zaman qəzetimizdə də məlumatlar vermişik. Onun işini bilən və bacarıqlı polis olduğunu hamı bilir. Bakıda işlədiyi dövrlərdə də belə olub, Cəlilabaddakı rəislik dönəmində də belə olub, 2 ildən bir qədər artıq təyin olunduğu Gəncə şəhərində də belədir. “Xural” obyektivliyin zəruri tələbi kimi hər zaman “ağa ağ, qaraya qara” deyib və indinin generalını zamanında qiymətləndirə bilib. İnanırıq ki, Rasim Musayevin aldığı general rütbəsi və Baş Polis İdarəsinə çevirdiyi Gəncə Şəhər Polis İdarəsi onun vəzifə pillələrində sonuncu dayanacağı olmayacaq. İnanırıq ki, Azərbaycan dövlətçiliyi yolunda Rasim Musayevin hələ qət edəcəyi uzun bir yol var.

Şərəfli, işini bilən, həqiqətən Azərbaycan vətəndaşlarının keşiyində duran bütün namuslu polisləri polis günü münasibətilə təbrik edirik.

 

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button