Gültəkin Hacıyeva: “Mən Əvəz Zeynallının azad olunmasını istəyirəm…”

gultekin hacibeyliGültəkin Hacıyevadan ədalətə çağırış 

Sabiq millət vəkili Gülətəkin Hacıbəyli “Bizim yol” qəzetinə müsahibəsində Azərbaycanın üzləşdiyi problemlər, Milli Şuranın daxilində gedən müzakirələrlə bağlı sualları cavablandırıb:

– Dövlət başçısı İlham Əliyev baş redaktorlarla görüşdə müxalifətə mesaj olaraq bildirib ki, iqtidar-müxalifət münasibətləri daxildə dialoq yoluyla həll olunmalıdır. Bu açıqlamanın tərcüməsi o deyilmi ki, müxalifət Qərblə yox, yaxud Avropaya şikayət etməli yox, hakimiyyətlə bir masa arxasında oturmalıdır?

evez mehkeme-Bu gün heç bir günahı olmayanlar həbsdədir, dünya siyasi praktikasının analoqu olmayan hadisələr baş verir. Tofiq Yaqublu və İlqar Məmmədov hadisələr sakitləşəndən sonra İsmayıllıda olsalar da, onları iğtişaşların təşkilatçısı kimi həbsdə saxlayırlar.

10 min manat rüşvət tələb etmə ittihamıyla Əvəz Zeynallı həbsdə saxlanılır, ancaq məhkəmədə iddianı qaldıran xanım audio yazı olduğunu desə də, təsdiqlənmədi. Bu tərəfdən ortalıqda video çəkilişlər var və prokurorluq Gülər Əhmədovanın Elşad Abdullayevdən pul aldığını təsdiqləyir, ona cəza tələb edir.

Gülər Əhmədovaya da ağır cəza verilməsini istəmirəm. Lakin mən Əvəz Zeynallının azad olunmasını istəyirəm. Jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimliyə qarşı baş verənlərə isə ad tapmaqda çətinlik çəkirəm. Deyək ki, Pərviz qatı terrorçudur və 11 sentyabr hadisələrini o təşkil edib. Axı Pərvizin 5 yaşlı qızı Zeynəb niyə yaşına uyğun olmayan iztirablar yaşamalıdır? Bu baxımdan belə vəziyyət olduğu halda hansı dialoqdan danışa bilərik?!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button