Həftənin lətifəsi:

Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabi KİVDF-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi yazı müsabiqəsinə məqalə verir. Lakin yer tuta bilmir. Həsən bəy Zərdabiyə yalnız həvəsləndirici mükafat verilir, yəni cəmi 100 manat. Birinci yeri isə məlum olduğu kimi Vüqar Səfərlinin oğlu Seymur Səfərli tutur.

Həsən bəy Zərdabi gəlir Vüqar Səfərlinin yanına və ona qarşı qərəz nümayiş etdirildiyini deyir. Vüqar Səfərli Həsən bəy Zərdabinin üzünə 45 dəqiqə baxsa da, onu tanıya bilmir. Axırda soruşur:

– Bayaqdan utanıram da deyim, mən sizi haradasa görmüşəm. Deyəsən televizorda… Düzünü deyin, hansı qəzetdə işləyirsiniz?

– Mən «Əkinçi» qəzetini yaratmışam. Azərbaycan Milli Mətbuatının banisiyəm, Həsən bəy Zərdabi.

– Boooy. Həsən bəy, sizsiz?! Ay saqqalı ağarmış, bə bunu əvvəldən niyə deməmisiz? Ən azından, ikinci yeri sizə verərdim daaa…

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button