Hacı Tahir Abbaszadə Aşura tədbirlərindən və qadağaların qaldırılmasından danışdı

Hacı Tahir Abbaszadə: “Hər kəs Aşura günündə ayıq olmalıdır, İmam Hüseynin düşmənləri 1400 il öncə olduğu kimi, bu gün də var…”

Hacı Tahir Abbaszadə Gəncədə baş tutacaq Aşura tədbirlərindən danışdı. Xural.com xəbər verir ki, bu il Gəncədə Kərbəla hadisələrinin ildönümü olan Aşura tədbirlərində artıq heç bir qadağa olmayacaq. Bir neçə il idi ki, Gəncədə insanlara Aşura tədbirləri böyük ölçüdə qadağan olunmuşdu. Tasua günü tamamilə qadağan edilmişdi. İnsanlara ehsan verməyə icazə vermirdilər. Gətirilən ehsanlar çaya tökülür, bu da insanların arasında haqlı narazılığa səbəb olurdu. Bu il iyulun 3-də baş verən məlum hadisələrdən sonra Gəncədə proseslər də dəyişdi və prezident İlham Əliyevin bu yaxınlarda verdiyi fərman da bu olaylara son qoydu. Prezident Gəncəyə Niyazi Bayramovu təyin etdi. Gələn icra başçısının ilk icraatı isə Gəncədə Aşura tədbirlərinə qoyulan qadağaların ləğvi oldu. Niyazi Bayramov “İmamzadə”nin mütəvəllisi Hacı Tahir Abbasovu yanın çağıraraq, gəncəlilərin Aşura tədbirlərini indiyə qədər necə ediblərsə, indən sonra da elə etmələrinə icazə verdiyini deyib. Bu da Gəncə və gəncəliləri xeyli rahatladıb.

Xural.com Hacı Tahir Abbaszadənin müraciətini və hadisələri qiymətləndirməsini təqdim edir:

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button