Hakimiyyətdə gecə yarısına qədər iclas

Ermənistanda nəşr olunan “ArmLur.am” internet nəşri (Levon Ter-Petrosyana yaxındır) yazır ki, dünən axşam gecə yarısından keçənə qədər hakim “Vətəndaş müqaviləsi” fraksiyasının iclası olub. Deputatlar baş nazirin müavini Mqer Qriqoryanın Moskvaya səfərinin yekunlarını müzakirə ediblər.

“Görüşdə əsasən baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan çıxış ediblər, deyiblər ki,  bəzi bəndlər barədə vahid qərar qəbul edilməlidir. Hansı ki, həmin qərarı Mqer Qriqoryan üçtərəfli komissiyaya (Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə) təqdim etməlidir”, – nəşr bildirir.

Xatırladaq ki, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin növbəti görüşü olub. Görüşün xeyli gərgin keçdiyi və nəzərdə tutulandan daha çox çəkdiyi bildirilir. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, üçtərəfli komissiyanın görüşündə razılıq əldə etmək mümkün olmur və danışıqlar yaxın günlərdə yenidən davam etdiriləcək. Həmin komissiya nəqliyyat kommunikasiyalarının açılmasını və Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını müzakirə edir. Üçtərəfli komissiyanın görüşünün keçirilməsi və orada həmin məsələlərə dair sənədin mətni üzərində danışıqların davam etdirilməsi üç ölkə rəhbərlərinin Soçidə noyabrın 26-da keçirilmiş görüşündə razılaşdırılıb.

Erməni nəşri yazır ki, hakim fraksiyanın üzvlərində “məzmunu tam açıqlanmayan” hansısa sənədin imzalanacağı barədə təsəvvür yaranıb. “Bizim məlumatımıza görə, bundan sonra “bədnam” sənədləri baş nazir Paşinyan yox, Mqer Qriqoryan və Suren Papikyan imzalayacaqlar”, – nəşr yazır. Bildirilir ki, görünür bununla Paşinyan məsuliyyəti öz komandası ilə bölüşmək istəyir.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button