Hüseyn Abdullayev mahnıda oxudu…

Sabiq millət vəkili böyük layihələr üzərində işləyir…

Son günlərin musiqi dünyasında Röyanın ifasında səslənən “Sənə görə” mahnısı dinləmə rekordları qırır. Mahnının bəstəkarı sabiq millət vəkili Hüseyn Abdullayevdir. Yaxın zamanlarda yazılmasına və musiqi aləminə çıxmasına baxmayaraq, “Sənə görə” ən çox dinlənilən mahnı kimi youtube-də 500 min rekordunu qırıb. Röyanın professional ifası ilə yanaşı, mahnıya xüsusi canlılıq verən başqa amillər də varmış. XuralTAC əməkdaşına məlum olub ki, sən demə, “Sənə görə”də Röya ilə birgə oxuyan kişi səsi bir başqasına yox, elə Hüseyn Abdullayevin özünə məxsus imiş. Bir hissədə Röyanı müşayiət edən bəstəkar, mahnının bir yerində “Sənə görə”ni özünün ifasında təqdim edir… Sadə, səmimi, təmiz bir səslə…

Maraqlıdır ki, Hüseyn Abdullayevin Röya ilə birlikdə mahnı ifa etməsi, yaradılan yeni mahnının kütləviləşməsində böyük rol oynayıb. Aldığımız məlumatlara görə, Hüseyn Abdullayev məhsuldar işlər üzərində işləyir və böyük layihələrin həyata vəsiqə qazanması üçün çalışır. Hüseyn Abdullayevə yaxın mənbənin XuralTAC əməkdaşı ilə söhbətində aydın olub ki, sabiq deputatın bu layihələri bütün türk dünyasını yaxından maraqlandırır və böyük səs gətirəcək. Ümumiyyətlə, sabiq deputatın indən sonra ciddi mədəniyyət projeləri üzərində çalışacağı haqda məlumatlar gəlir.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button