Hüseyn Abdullayev ölüm aclığına başladı

Siyasi rejim məsuliyyət daşımırmı?

Buradan Azərbaycan hakimiyyətinə, eləcə də Cenevrə Konvensiyasına qoşulan bütün ölkələrin Azərbaycandakı səfirliyinə müraciət edir və BMT-nin Qanunsuz Həbslərlə Bağlı İşçi Qrupunun mənimlə bağlı çıxardığı qərarın Azərbaycan hakimiyyəti tərəfindən icra edilməməsinə etiraz əlaməti olaraq ölüm aclığına başladığımı bildirirəm.

Eyni zamanda, mən bir şeyi bilmək istəyirəm: Əgər istənilən siyasi rejim özünə muxalif olan, həm də Almaniya və digər dövlətlərdən siyasi sığınacaq alan istədiyi mühaciri oğurlayıb və min cür işgəncəyə məruz qoyursa, buna görə məsuliyyət daşımırmı?

Bəs onda həmin sığınmanın, həmçinin mühacirə verilən səyahət pasportunun (hansı ki, ona təqib edildiyi ölkədən başqa digər ölkələrə getmək hüququ verirdi) və 200-ə yaxın dövlətin də imzaladığı Cenevrə Konvensiyasının mahiyyəti və mənası nə olur? Yaxud da ki, Azərbaycan dövləti öhdəlik götürərək imzaladığı məlum konvensiyanı, həmçinin insan hüquqlarına dair Ümumdünya Bəyənnaməsinin eləcə də Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı nə üçün öz parlamentində ratifikasiya etmişdir?

Bir daha qeyd edirəm ki, bütün bu zorakılığa və şəxsimə yönələn siyasi repressiyalara və BMT-nin qərarının qəsdən icra edilməməsinə etiraz olaraq bu gündən aclıq aksiyasını elan edirəm.

Hüseyn Abdullayev, 10 saylı CÇM, 12.04.2021

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button