Hüseyn Abdullayevdən Rəsul Quliyeva sərt cavab

Hüseyin Abdullayev Almaniyada yaşayan siyasi mühacir.

”Keçinin buynuzu qaşınanda, gətirib çobanın dəyənəyine sürtər” misalını eşidmisiz.

Xatırlayırsınızsa mən öz namizədliyimi irəli sürdüktən sonra, İlham Əliyev aşiqi olan və bir vaxtlar güya mənim ona vurduğum zərbədən beyin travması alan, lakin, nədənsə kəllə beyin deyil, bir ginekoloq həkimi tərəfindən müayinədən keçən Fəzail Ağamalı bəyan edib ki, Hüseyn Abdullayevin potensialı yoxdur və o prezident seçilə bilməz. Bu günlərdə isə Emin Hüseynovun qonağı olan Rəsul Quliyev eyni ifadəni işlədərək, haqqımda xoşa gəlməz və sərsəm sözlər işlətmiştir. Buradan o primitiv və özünün gülünc danışıq tərzi ilə boş boğazlıq edən Rəsul bəyə bir neçə söz demək istəyirəm.

Birincisi, sən kimsən ki, mənim hansı potensialımın olub, olmadığını müəyyən edirsən? İkincisi mənim sənə qoyduğum hörmətin səbəbi, hazırda təmsil olduğun partiyanın təsiscisi və mənə yaxın olan Ağasif İbrahimovla bağlı idi. Yoxsa sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan. İndi sən nə vaxtsa hansısa bir zavodun müdiri olmusan deyə, ölkədəki iqtisadi, hüquqi və köklü siyasi islahatların necə aparılmasını səndən başqa heç kimin edə bilməyəcəyini düşünürsən? Mənim ümumiyyətlə özündən razı olanlardan zəhləm gedir. Heç özünə hörmət edən adam deyərmi ki, mən kifayət qədər ağıllı adamam? İnsan var ki yaşlaşanda üzünə nur, kəlamlarına müdrüklük dolar. Görünür səndə əks proses gedib. Dostlar, deməli həmin bu tip Emin Hüseynovla apardığı saat yarımlıq verlişdə adı çəkilən hər kəsə qarşı mənfi fikir bildirdi. Açığı ixtidar nümayəndələrinin məni tənqid etmələrinə ve haqqımda nəsə demələrinə məhəl qoymuram artıq. Amma özünü bu rejimə muxalif sayan və elə bir ciddi təhdidlə qarşılaşmamasına baxmayaraq, qaçıb 22 il Amerikada gizlənən birisinin haqqımda dediyinə çox üzüldüm.

” Hörmətli” Rəsul bəy sənin o potensialı yoxdur dediyin Hüseyn Abdullayev səndən və digər adlarını ”muxalifət” qoymuşlardan fərqli olaraq, bu hakimiyyətin üzünə və ən yüksək tribunadan sərt ehtirazını bildirmiş və bütün malına, mülkünə tüpürərək və ən əsasıda həbs olunacağını gözə alaraq, İlham Əliyevə qarşı çıxmışdır. Mən, həmin Hüseynəm ki, öz ailə üzvlərimin həyatını təhlükəyə ataraq və nə yazıq ki, ürəyimin bir parçası olan Atamı itirərək, gəlib Almaniyada muhacir həyatını yaşamağa məcbur qalmışam. Mənim yerimə hansı iş adamı olsaydı özündən və ailəsindən başqa heçnəyi düşünməz və heç şübhəsiz kral kimi yaşayardı. Bundan sonra istədiyin qədər çərənləyə bilərsən. Mənim daha sənə ayıracaq ne vaxtım, nə də istəyim var.

Bu qədər.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button