İcra hakimiyyəti vəkildən Vəkillər Kollegiyasına şikayət etdi

Ramiz Yediyarovun müraciətinə əsasən Elçin Sadıqov barəsində intizam icraatı başlanıb

Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyasına şikayət edib. Bu barədə Bizimyol.info saytına vəkil Elçin Sadıqov məlumat verib. O bildirir ki, şikayətə səbəb Gədəbəy rayonunda sahibkarın hüquqlarını müdafiə etməsidir. “Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməllərindən Azərbaycan Respublikasının Prezidentinə və digər dövlət orqanların şikayət etdiyim üçün Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib və barəmdə intizam icraatı başlanıb” – deyə vəkil bildirir.

Qeyd edək ki, vəkil Elçin Sadıqov Gədəbəy rayonundan olan sahibkar Fəxrəddin Bağırovun hüquqlarını müdafiə edir. F.Bağırov rayonun icra başçısı Ramiz Yediyarov tərəfindən təzyiqlərə məruz qaldığını mağazasının hər tərəfdən hördürdüyünü və bunun icra başçısının göstərişi ilə edildiyini deyir. Sahibkar əlavə edir ki, ona qarşı edilənlərlə bağlı aidiyaytı orqanlara və məhkəməyə müraciət edib.

Bizimyol.info saytı məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətinə informasiya sorğusu ilə müraciət edib. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qədir Bağırov bildirib ki, rəsmi müraciətə əsasən, məsələ araşdırılacaq.
Sözügedən problemlə bağlı yayılan videosüjeti təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button