İlqar İbrahimoğludan tələbələrə söz hədiyyəsi

Tələbə adını qazanan bütün gəncləri təbrik edirəm. Bir neçə mövzuya diqqətli olmalarını tövsiyə edirəm:
– Özünüzün qədrini bilin. Uca Allahın sizə verdiyi böyük həyat nemətini daha səmərəli istifadə etməyə çalışın.
– Ziyalı olmağa çalışın. Ziyalını məlumatlıdan fərqləndirən amil – bilgi ilə yanaşı, ləyaqət daşıyıcısı olmaqdır.
– Sağlamlığınıza fikir verin. İdman və xüsusən də ayaqla yerimə – bu işdə ən gözəl müttəfiqdir.
– Qənaətcil olmağı öyrənin. Bu, bütün həyatınız boyu işinizə yarayacaq.
– Dost seçəndə tələsməyin. Həyat özü kimin kim olduğunu sizə göstərəcək. Dost həyatda çox mühümdür.
– Zövqlərinizi daima inkişaf etdirin. Bədii ədəbiyyat, kino, ümumiyyətlə incəsənət – həyatı çox zəngin edir.
– Çətinliklərə üzləşəndə, yıxılıb qalmayın. Ayağa qalxın və yola davam edin.
Ən əsası – Allah bəndəliyi unudulmasın. Nəzərə alaq ki, təhsil də, digər mövzular da Allaha bəndəlik üçün fürsətdir. Namazların vaxtında və diqqətlə qılınmasına, ibadi durumun keyfiyyətinə, təfəkkür etməyə xüsusi önəm verilməlidir.
Allah müvəffəq eləsin!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button