İlqar Məmmədovun Üzeyir Mehdizadə sevgisi-Altay Göyüşovdan öldürücü ironiya

ReAL partiyasında son illərdə aşağı zövqlü insanlar, xüsusən də savadsız, cahil gənclər  arasında öz zövqsüz mahnıları ilə böyük populyarlıq qazanan müğənni Üzeyir Mehdizadəyə görə qalmaqal qopub. Virtualaz.org xəbər verir ki, qalmaqalı partiyanın sədri İlqar Məmmədov başladıb. Məlum olub ki, İlqar Məmmədov hələ həbs olunmazdan əvvəl Üzeyirin yaradıcılığını yaxından izləyirmiş və onun “böyük istedada malik olduğunu” duyubmuş.

Və indi ReAL sədri sosial şəbəkə hesabında yazıb: “Həbs olunmazdan qabaq da Üzeyir Mehdizadənin güclü musiqi istedadı olduğunu forumlarda yazmışdım. O vaxt məni ələ salmayan qalmadı, baxmayaraq ki, “musiqisini bəyənirəm” demədim (fərqli zövq məsələsidir), sadəcə “böyük istedadını görürəm” dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!”.

Təşkilatın İdarə Heyətinin üzvü Altay Göyüşov buna etiraz edərək öldürcü ironiya ilə cavab verib: “Təklif edirəm ki, gələn prezident seçkilərində İlqar kampaniyasını belə aparsın: Bir dənə “07” alır, qabaq təkərlərini qaldırır, “oçki”lərini çıxarır, oturur sükan arxasında. Pəncərələri açır, Üzeyir Mehdizadəyə “polni” xod verir, şəhərin küçələrində şütüyür. Yanında da realçılardan biri oturub çırtıq çalır. 100 milyonların səsi qaranti”.

Daha sonra isə A.Göyüşov məsələyə ciddi formada münasibət bildirib: “Musiqinin missiyası həm də zövqləri nəfis etmək, yüksəltmək, mədəni, sivilizasiya səviyyəsini təkmilləşdirməkdir. Musiqinin maarifçi missiyası vardır. Üzeyir Hacıbəyov məhz bu missiyanı yerinə yetirdiyinə görə ən böyük azərbaycanlı adlandırılır. Mən “zövqlər fərqlidir” bəhanəsilə “zövqü” Üzeyir Mehdizadə olanın Azərbaycanda prezident olmasına faciə kimi baxaram”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button