İqbal Ağazadə ADP-nin pulunu vermir…

ÜP sədri 2013-cü ildə də hakimiyyətlə “oynamaq” istəyir…

XuralTAC-a Ümid Partiyası (ÜP) və onun sədri İqbal Ağazadə haqqında məlumat daxil olub. Məlumatda son aylarda partiya daxilində ciddi gərginlik yaşandığı haqqında məqamlar yer alır. Mənbənin verdiyi məlumata görə, partiyanın əməkdaşlarına neçə müddətdir maaş verilmir və partiyanın sədri İqbal Ağazadə bunu maddi vəziyyətinin kəskinləşməsi ilə bağlayır. Amma aldığımız məlumatlarda İqbal Ağazadənin addımlarının planlaşdırılmış şəkildə atıldığı bildirilir. Belə ki, ÜP sədri təkcə əməkdaşlarına maaş verməməklə kifayətlənmir, həm də qarşısında öhdəçilik götürdüyü bəzi siyasi qurumlar var ki, onlara da verməli olduğu pulu vermir. Bu qurumlardan biri də ADP-dir və məlumata görə İ.Ağazadə hər ay bu partiyaya əməkdaşlıq müqabilində verməli olduğu pulu verməkdən imtina edir: “İqbal Ağazadə ilə Sərdar Cəlaloğlu bir yerdə hərəkat yaratdılar və anlaşmanın şərtlərinə görə hər ay ADP-yə beş min manat verilməli idi. Bu anlaşma 2013-cü il seçkilərinə qədər davam etməli və bunun müqabilində ADP və Sərdar Cəlaloğlu növbəti prezident seçkilərində ÜP sədrinə dəstək verməli idi. Çünki 2008-ci ildəki prezident seçkilərində İ.Ağazadə ona ayrılan sahədə yaxşıca oynaya bilib və ümidi 2013-cü ildə də o oyunu təkrarlamaqdır.”

Bu səbəblə son günlər ADP və Sərdar Cəlaloğlu ilə münasibətləri gərginləşən İ.Ağazadə durumu qurtarmaq üçün öz əməkdaşlarına da pul vermir və elə görüntü yaradır ki, həqiqətən də pulu kəsilib. Bununla yetinməyən İ.Ağazadə son günlər dövriyyəyə başqa bir informasiya da buraxıb. Bu informasiya AXCP sədri Əli Kərimlinin 2013-cü il seşkiləri üçün iqtidarla danışığa getməsi haqqında məlumatlardır. Mənbə bu informasiyaların da hörmətli deputatın başının altından çıxdığını deyir. Bununla İ.Ağazadə 2013-cü ildə qarşısında dayanan önəmli rəqiblərdən birini indidən ictimai qınağa cəlb etmək və iqtidarın nəzərində “yaxşı oyunçu” olduğunu sübut etmək istəyir. “İ.Ağazadə 2013-cü ilə hazırlaşır. Buna görə də həm müxalifətdəki mümkün rəqiblərini sıradan çıxarmaq üzərində baş sındırır, həm də özünü iqtidarın diqqətinə təqdim edir. Bu yolda isə bəzi itkilərə və qurbanlara hazır olduğunu nümayiş etdirir – həm partiya daxilində, həm də partiya xaricində” – deyən mənbə, yaxın günlərdə ÜP-dən qopmalar olacaqsa, buna təəccüblənməmək lazım olduğunu bildirir.

 

XuralTAC

 

İ.S. Amma durumun İqbal Ağazadənin dediyi kimi olmadığını ortaya çıxaran bəzi faktlar da redaksiyamıza daxil olub. ÜP sədrinin qardaşı Hacı İlqar Ağazadənin Hövsanda qazandığı çoxmilyonluq tender və ARDNŞ-dən ona ayrılan imtiyazlar göstərir ki, deputat o qədər də səmimi deyil…

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button