İranda qoyun ətinin kilosu 40 manata yüksəldi

İranda qoyun əti ötən ilin analoji dövrü ilə müqayisədə 70% artıb. Bunu İranın Statistika Mərkəzinin iqtisadi məsələlər üzrə direktor müavini Cavad Hüseynzadə deyib.

Qoyun əti 490 min rialdan (təxminən 11,6 dollar) 995 min riala (təxminən 23,6 dollar) artıb.

C.Hüseynzadə əlavə edib ki, 10-cu ayda 475 məhsulla bağlı araşdırmalar inflyasiyanın orta hesabla 39,6% olduğunu göstərir:

“İnflyasiya ərzaq məhsulları üçün 57,5%, qeyri-ərzaq məhsulları üçün 32%, məişət texnikaları üçün 82% olub. Pomidorun qiyməti 200%-dən çox, su, elektrik və enerjinin qiyməti isə 14%-dən çox artıb”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button