İstiqlalçı deputatlar yazı müsabiqəsi elan etdi

İstiqlalçı deputatlar Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş yazı müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

Yazılar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktının qəbulu dövrünü əhatə etməlidir;

  1. Hər jurnalist müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;
  2. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya populyar informasiya saytında çap edilməlidir;
  3. Yazıda «Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə bağlı İstiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir» qeydi göstərilməlidir.

 

 

Yazılar dərc edildiyi qəzetin bir nüsxəsi (informasiya saytında çap olunubsa, linki kifayətdir) ilə bərabər elektron variantda Vətəndaş Həmrəyliyi Partiyasının (X.Rüstəmov – 1210, «Xətai» metrostansiyası, «Azəri-Türk Bank»ın yaxınlığı) mətbuat xidmətinə şəxsən təqdim edilir.

Qaliblərə diplom və pul mükafatı veriləcək.

Ən yaxşı yazılar üçün 3 yer nəzərdə tutulur.

  1. I yer – 500 manat
  2. II yer – 300 manat
  3. III yer – 200 manat.

 

Müsabiqə 15 avqust 2011-ci ildən 01 oktyabr 2011-ci ilə qədər (01 oktyabr daxil olmaqla) davam edəcək. Yazılar İstiqlalçı deputatların müəyyən etdiyi peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək.

Qaliblərin adları İstiqlalçı deputatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyinə həsr olunan yekun tədbirində açıqlanacaq.

 

Əlavə məlumat üçün 496-86-57 (58) və 050 (055) 374-94-92 saylı telefonlarla əlaqə saxlamaq olar.

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button