İki Ayaz Mütəllibov

Heydər Əliyevin məzarının qarşısında:

 

“Mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna rolu olub. Oğlum Azadın vəfatı ilə ailəmizdə baş vermiş faciə ilə əlaqədar Bakıya döndükdən sonra təbii ki, mən, ümummilli lider Heydər Əliyevin və onun xanımı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etməyə bilməzdim”.

“7 ilin 70 anı” kitabında:

“…Əgər bu ana qədər Heydər Əliyev şəxsiyyətinə qarşı məndə qədir-qiymət hissi, rəhbərə hörmət vardısa, indən belə onun adı gələndə məni xəcalət təri basırdı. İnsan da bu qədər qəddar olarmış?! Əgər sənin ailən varsa, Mütəllibovun da var. Əgər oğlun vars a, Allah-təala Mütəllibova da övlad verib. Əgər nəvələrin varsa, Tanrı onları Mütəllibovdan da əsirgəməyib…
…Bütün b unlardan sonra sənə kim müdrik rəhbər deyər, cənab Heydər Əliyev? Müdrik insan da (hələ rəhbər demirəm) Allahı unudub soydaşının, vətəndaşının, qardaş-bacısının qanına susayar? Özgənin faciəsindən feyziyab olmaq insanlığa yaraşarmı?”

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button