Jurnalist meşə zolağı üçün aclıq elan etdi-QAZAXDA

Xural.com xəbər verir ki, jurnalist həmkarımız Farideh Abolfathi-Fəridə Əbülfəti Qazaxda aclıq elan edib. Aclıq aksiyasını yanvarın 27-dən elan edən Fəridə Əbülfəti, yanvarın 28-də bu haqda Qazax rəhbərliyini xəbərdar edib. Buna baxmayaraq, hələ də bir reaksiya yoxdur. Fəridə xanımın aclıq elan etməsinin səbəbi 1970-ci ildə Qazax rayonda salınan 62 hektarlıq meşə zolağının kəsilmək təhlükəsidir. Artıq 15 gündür ki, Fəridə xanım bu meşə zolağının kəsilməməsi üçün aclıq aksiyası başladıb. Xural.com olaraq Fəridə xanımın özü ilə əlaqə saxladıq. “Aclıq aksiyasını sonuna qədər davam etdirəcəyəm. Mənim tələbim budur ki, 62 hektarlıq meşə zolaqı kəsilməsin, çünki bu meşə zolağı qazaxlılara məxsusdur” dedi.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button