Jurnalistlər üçün daha bir qanuni qadağa

Bundan sonra bir köşkün belə fotosunu çəkə bilməyəcəyik

 Milli Məclis payiz sessiyasının dünənki ilk iclasının ikinci yarısında bir sıra qanunlara dəyişiklik və düzəlişlər edib. İnzibati hüquqpozmalar Kodeksinə (İHK) edilən dəyişikliklərə əsasən, orqan müraciətçi tərəfə münasibətdə saymazlığa yol verdiyi halda 35 manatdan 80 manata kimi cərimə edilməsi nəzərdə tutulur. İHK-nin dəyişikliyə məruz qalan 348-2-ci maddəsi vətəndaşların və dövlət qurumlarının hüquqlarını pozmağa görə fərdi mühafizə idarəsinin məsuliyyətini nəzərdə  tutur. Buna görə fərdi şəxs 25 manatdan 40 manata, hüquqi şəxs isə 250 manatdan 300 manata kimi cərimə ödəməli olur. Amma maddədə hansı pozuntulardan söhbət getməsi dəqiqləşdirilməyib.

Belə cərimə məbləği icazəsiz video, audio çəkiliş aparanlara, habelə mühafizə edilən obyektlərin, habelə onların mülkiyyətçilərinin və rəhbərlərinin fotolarını çəkənlərə də şamil edilir. Mühafizə edilən obyekt adı altında nəzərdə tutulursa, izah edilmir.

Təcrübədə isə istənilən mühafizəçi jurnalistə küçədə qoruduğu köşkü də çəkməyi qadağan edə bilər. Cinayət yolu ilə qazanılan, terroru maliyyələşdirən pulların leqallaşdırılması ilə bağlı monitorinqlərə maneçilik törədən vəzifəli şəxslər 800 manatdan 1,5 min manata, hüquqi şəxslər isə 8 min manatdan 15 min manata qədər cərimə olunurlar.

Bundan əlavə, şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi qaydaları sadələşdirilib. Belə ki, şəxsiyyət vəsiqəsini 3 gün ərzində almaq üçün 10 manat, 3 gündən artıq müddətə aldıqda isə 1 manat rüsum ödənilir. Bu məsələ öz əksini “Dövlət rüsumu haqqında” qanunda tapır.

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button