Kənd Təsərrüfatı Nazirliyindən biabırçılıq-BİR TORT VƏ BİR NEÇƏ KQ MEYVƏ

Xural.com-a verilən xəbərlərə görə, qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə yenə dövlət qurumlarının biabırçı təbrikləri başlayıb. Bunların başında isə yeni təyin olunan Kənd Təsərrüfatı naziri gəlir. İş o yerə gəlib çatıb ki, yeni təyin olunan Kənd Təsərrüfatı naziri redaksiyalara tort və meyvə səbəti göndərməyə başlayıb. Bununla yetinsələr cəhənnəm, üstəlik, redaksiyalara xəbər də göndərirlər ki, “Qızlara tapşırın, sosial şəbəkələrdə tortun şəklini paylaşmasınlar, imkanımız məhdud olduğu üçün redaksiyaların hamısına tort göndərə bilmədik. İstəmirik ki, jurnalistlər zəhləmizi töksünlər”.

Bax belə. Bu yerdə deyiblər ki, sizin təbrikiniz də, göndərdiyiniz bir neçə manatlıq mer-meyvə də başınıza dəysin. Jurnalistika niyə sizin 3-5 manatınıza möhtac olmalıdır ki, siz də bu şərəfli peşəni belə miskin hala salasınız. Xural.com-a məlumat daxil olub ki, bəzi redaksiyaların əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin bu urvatsız təbrikini cavabsız buraxmayıblar. Onlar nazirliyin göndərdiyi tortu yeməkdən imtina ediblər və həmin tortu küçələrdə çalışan təmizlik işçilərinə hədiyyə veriblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin əməkdaşları ilə əlaqə yarada bilmədik. Onların da fikirlərini dərc etməyə hazırıq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button