“Kanal 13”ün rəhbəri apellyasiya şikayəti verdi

“Kanal 13” internet televiziyasının qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinən icraçı direktoru Əziz Orucov barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Jurnalistin vəkili Cavad Cavadlı Bizimyol.info saytına açıqlamasında bildirib ki, şikayətdə Ə.Orucov barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrlik etdiyi kollegiya baxacaq. İlkin baxış iclası fevralın 6-da keçiriləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb.

İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham verilib. O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib, barəsind həbs-qətimkan tədbiri seçilib.
Ədliyyə Nazirliyində qeydə alınmamış qrant vəsaitləri ilə layihə həyata keçirməkdə suçlanan Ə.Orucov ittihamları qəbul etməyib və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bəyan edib.

«Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button