KEÇMİŞ REKTORUN AZƏRBAYCANA EKSTRADİSİYASI ÜÇÜN DANIŞIQLAR GEDİR

25.12.2012

Azərbaycan hökuməti Fransa səfirini Elşad Abdullayevi himayə etməkdə ittiham etdi

ABU-nun  keçmiş  rektoru  Elşad Abdullayevin  Fransadan  Azərbaycana  ekstradisiyası  üçün fəal  iş aparılır.

Əldə edilən məlumata görə, bir neçə gün öncə, ölkənin siyasi gündəminə təsir imkanları böyük olan iri ranqlı  məmrlardan biri Fransanın  Azərbaycandakı səfiri Paskal  Mönienlə danışıqlar aparıb.

Görüş başlar-başlamaz Azərbaycan rəsmisi səfirin üzərinə hücuma keçərək, Elşad Abdullayevi cinayətkar adlandırıb və Fransa hökümətini onu himayə etməkdə suçlayıb. Bildirilib ki, Elşad Abdullayev Azərbaycana verilməyəcəyi təqdirdə iki ölkə arasındakı  münasibətlərə zərbə dəyəcək. Səfir isə öz növbəsində Fransanı təmsil etdiyini və heç kimin onunla təzyiq dili ilə danışmağa haqqı olmadığını deyib. Bundan sonra azərbaycanlı məmur səfirlə mülayim tərzdə danışaraq Fransa hakim dairələrindəki nüfuzundan istifadə edərək Elşad Abdullayevin ölkəyə gətrilməsinə köməkçi olmasını xahiş edib. Səfir Paskal Mönien isə bunun ölkəsinin qanunlarına zidd olduğunu və sabiq rektorun Fransa höküməti tərəfindən qorunduğunu deyib. Paskal  Mönien bu işdə heç bir köməyinin ola bilməyəcəyini məmurun diqqətinə çatdırıb.

Avropa.info-ya açıqlamasında Elşad Abdullayevin sözçüsü, Fransada yaşayan bloqçu Elnur Məcidli sabiq rektorun ölkəyə qaytarılması üçün çabalar olduğunu təsdiqləyib.

“Azərbaycan hakimiyyəti Elşad Abdullayevin Azərbaycana ekstradisiya etmə cəhdləri uğursuz alınıb, bu baxımdan Siyavuş Novruzov və bənzər məmurların səsləndirdiyi fikirlər boş qazanın səsindən başqa bir şey deyil, qulaq batırır, ancaq içi boşdu. Hazırkı hakimiyyət hüquqi, diplomatik, siyasi, interpol və s. yollardan istifadə etməklə Elşad Abdullayevi geri qaytarmaq istəsələr də bu baş tutmayıb. Elşad Abdullayev Fransa dövlətinin qoruması altındadı, ekstradisiya cəhdləri bundan sonra da uğursuz olacaq, istənilən qədər pul xərcləsələr, adam tapıb pul versələr mümkün olan deyil, özləri də bunu bilirlər. Bu baxımdan Bakıdan Parisə hədə-qorxu gəlmək sadəcə gülünc vəziyyət yaradır.

Mən tövsiyə edirəm ki, hətta bir vətəndaş olaraq bu hakimiyyətin sözçülüyünü edənlərdən, başında duranlardan tələb edirəm ki, bu cür əməllərlə gülünc duruma düşməkdənsə Elşad Abdullayevin ortaya qoyduğu video-faktlar və sənədlər əsasında iş görsünlər və heç olmasa cinayət işlədiyi təsdiqlənmiş şəxsləri cəzalandırsınlar”.

http://xezerinfo.com/2120-kecmis-rektorun-az-399rbaycana-ekstradisiyasi-ucun-danisiqlar-gedir.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button