“Körpüsındıran” yox, “Adilkənd”-Bərdəlilər kəndlərinin adının Şəhid adı ilə əvəzlənməsini xahiş edirlər!

HÖKUMƏTİN DİQQƏTİNƏ!
Bərdə sakini, vətəndaş Sadiq Kərimov xural.com-a yazır:
“Şəhid Adil Hüseynov 1995-ci ilə Bərdə rayonunun Körpüsındıran (?!) kəndində anadan olub. 27 sentyabrda cəbhəyə yollanıb. Ağdərə istiqamətində “PEKA” pulemyotçu kimi döyüşlərdə fəal iştirak edib. 21 oktyabrda Suqovuşan ərazisində irəliləyərkən minaya düşdüyünü hiss edib, ancaq ayağını minanın üstündən çəkməyib. Yanında olan döyüş yoldaşlarına “Kənara çəkilin!” deyə qışqırıb və onları özünün Şəhidliyi bahasına xilas edib – minanı zərərsizləşdirmək istəsə də, alınmayıb.
Əvəz bəy, bizim kiçik kəndimizin ilk və yeganə Şəhididir Adil. Biz istəyirik ki, kəndimizin adı “Körpüsındıran” yox, Şəhidimiz Adilin adı ilə bağlı olsun – ADİLKƏND! Buna bizim balaca və mehriban kəndimizdə bir nəfər belə etiraz etməz. Bunu ictimailəşdirməyinizi Sizdən xahiş edirəm. “Körpüsındıran” adından da bəlli olduğu kimi heç bir tarixi məna və əhəmiyyət kəsb etmir. Amma Adilkənd, ya da Adilabad adı bizim kəndimiz üçün böyük hadisə olar. Öncədən təşəkkür edirik!”
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button