Kreml İngilis minadaşıyıcı gəminin sərhəddi pozmasını təxribat hesab edir

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov, Britaniyanı sərhədləri pozmaqda ittiham etdi

“Kreml, Britaniyanın Qara dənizdəki minadaşıyan gəmi ilə bağlı baş verən hadisədən təəssüflənir və bunu qəsdən və hazırlanmış bir təxribat kimi qəbul edir”. Bu barədə cümə axşamı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kremlin sözçüsü, Çərşənbə günü Qara dənizdə baş verən hadisəni şərh edərək, “İngilis minadaşıyan gəmisinin bir təxribat törətdiyinə inanırıq. Üstəlik, düşünülmüş və hazırlanmış bir təxribat olduğuna təəssüf edirik” deyib.

Peskov, rəsmi Moskvanın Defender-in hərəkətlərini qəbuledilməz və beynəlxalq hüquqa zidd hesab etdiyini vurğulayıb: “Şübhəsiz ki, İngilis gəmisinin bu cür hərəkətləri bizi narahat edir. Bu cür hərəkətləri yolverilməz və beynəlxalq hüquqa zidd hesab edirik”.

Xatırladaq ki, Fiolent burnu yaxınlığında İngilis Hərbi Dəniz Qüvvələrinə məxsus minadaşıyan gəminin Rusiya dövlət sərhədini pozması Rusiyanın hiddətinə səbəb olub. 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button