Rusiya XİN B.Britaniya səfirinin qanını “qaraltdı”

Deborah Bronnert suallara belə cavab vermədi...

İngiltərənin Moskvadakı səfiri Deborah Bronnert, İngilis Hərbi Dəniz Donanmasının Rusiyanın Qara dənizdəki ərazi sularına girməsi ilə bağlı hadisə ilə əlaqədar çağırıldıqdan sonra Rusiya Xarici İşlər Nazirliyində olub.

Səfir onu gözləyən jurnalistlərin suallarını cavablandırmayıb və mətbuat danışıqların gərgin keçdiyini bununla izah ediblər.

Xatırladaq ki, bir gün əvvəl keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova, Moskvanın Qara dənizdəki İngilis Dəniz Qüvvələri esminesinin hərəkətlərini kobud bir təxribat olaraq qiymətləndirdiyini və İngiltərə səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılacağını söyləyib.

Buna səbəb Fiolent burnu yaxınlığında İngilis Hərbi Dəniz Qüvvələrinə məxsus minadaşıyan gəminin Rusiya dövlət sərhədini pozması olub.

Qeyd edək ki, Qara Dəniz Donanması, Rusiya FSB-nin Sərhəd Mühafizə Xidməti ilə birlikdə Fiolent burnu yaxınlığında İngilis Hərbi Dəniz Qüvvələrinə məxsus minadaşıyan gəminin Rusiya dövlət sərhədini 3 km. məsafəyədək pozmasının qarşısını alıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button