Laçında Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri

Sentyabrın 10-na qədər davam edəcək...

Laçında Azərbaycan-Türkiyə hərbi təlimləri sentyabrın 10-na qədər davam edəcək. Bu barədə bu gün Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təlimlərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları (dəniz piyadaları) və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə təlimlərin əsas məqsədinin döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi olduğunu bildirilib. Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button