Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan sülh müqaviləsinin parametrlərini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Nazirlər Moskva ilə İrəvan arasında müttəfiqliyi möhkəmləndirmək üçün qarşılıqlı niyyətlərini bildiriblər.

Bundan əlavə Lavrov və Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması problemlərini müzakirə ediblər. Rusiya tərəfi 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin ən yüksək səviyyədə icrası üzrə işlərin sürətlə bərpasının, o cümlədən regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, habelə ictimai xadimlər, ekspertlər və parlamentarilər arasında dialoqun təşviqinin vacibliyini vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button