Lui Bono Mirzoyandan sonra Bayramovla da görüşdü

Yayımlandı: 18 Mart 2024 17:09

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri sülhlə bağlı müzakirələr aparıb

Martın 18-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Tərəflərin Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Bakı və Yerevan arasında normallaşma prosesinin bir sıra aspektlərini müzakirə etdikləri bildirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi məlumat yayıb.

“Nazir Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd olunub”, – deyə Mətbuat İdarəsi əlavə edib.

Martın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla görüşmüşdü.

A.Mirzoyan həmsöhbətinə Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiq olduğunu və Alma-Ata Bəyannaməsi və hüquqi əsası olan xəritələr əsasında gələcək delimitasiya prosesini söyləmişdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button