Mədəniyyət nazirinin sabiq müavini 10 il müddətinə həbs edilə bilər

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun işi üzrə prosesdə prokuror onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onun vəkili yekun çıxışa hazırlıq üçün vaxt istəyib, bununla əlaqədar hakim növbəti iclası avqustun 10-na təyin edib.

Xatırladaq ki, mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması , İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatı zamanı saxlanılıb.

Bayramova və Sultanova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Sonradan Sultanov barəsində cinayət işi ayrıca icraata ayrılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button