Media başçıları rəmsi Bakıya çağırış etdilər

IRFS22.07.2013

Milli Mətbuatın yaranmasının 138-ci ildönümündə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bəyanatla çıxış edib. Həbsə, zorakılığa, ölüm təhlükələrinə baxmayaraq, jurnalist, bloger və sosial media fəalları ilə həmrəyliyini ifadə edir.

Müstəqil medianın ölkədə davamlı şəkildə təqib, fiziki və mənəvi təhdid və s. formada təzyiqlərlə üzləşdiyi vurğulanır. Son dövrdə basqına məruz qalan və həbsə alınan jurnalistlərin say artımının narahatlıq yaratdlğı qeyd edilir.

RATİ hesab edir ki, ölkədə ifadə azadlığının durumunun pisləşməsinin səbəbi medianın hökumət tərəfindən davamlı və sərt repressiyaya məruz qalmasıdır.

Azərbaycan hökuməti Bakıda bəzi jurnalistləri pulsuz mənzillə təmin edir ki, bu da mediaya dövlət nəzarətinin gücləndirilməsi üçün əl atılmış yeni bir taktika təəssüratı yaradır. Hlabuki ölkədə siyasi motivlə həbsdə olan 7 jurnalist var.

Medianın rolunun azaldılması üçün digər bir taktika da onun ölkənin rəhbər şəxslərinə çatımlılığının azaldılmasıdır.

“Görünən odur ki, İlham Əliyev 2003-cü ildə birinci müddətə seçiləndən bəri Azərbaycan mətbuatı ilə müsahibədən yayınır”, deyə Hüseynov bildirib. Siyasi, hüquqi və iqtisadi mühit müstəqil mediaya qarşı sərt olaraq qalır.

RATİ vətəndaşların azad məlumata çatımlılığını məhdudlaşdırmaq məqsədi daşıyan peyk yayımına müdaxilələri pisləyərək, hökuməti beynəlxalq telekommunikasiya qanunlarına əməl etməyə çağırıb.

Rəsmi Bakının tənqidlərə repressiya ilə yox, islahatlarla cavab verməsi tələb edilir. İfadə azadlığı mövcud olmadıqca, ölkədə heç bir sabitliyin olmayacağı xəbərdarlığı edilib.

Rəsmi Bakıya ifadə azadlığından istifadəyə görə həbs olunan bütün jurnalistləri, blogerləi və fəalları dərhal azad etmək çağırışı səslənib.

BMT, Avropa Şurası və ATƏT önündə öhdəlikləri olan Azərbaycana çağırışlar etməyə və bu çağırışlar lazımi nəticə vermədikdə isə müvafiq tədbirlər görməyə çağırılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button