Mehman Hüseynovun vəsatətləri qəbul edilmədi

Hakimlər Mehman Hüseynovla bağlı qərar verməyə çətinlik çəkir

Bu gün Bakı Apellyasiya məhkəməsində blogger Mehman Hüseynovla bağlı proses davam etdirilib.

Vəkillər Mehman Hüseynov saxlanılan məkandakı obyektlərin kameralarına, Nəsimi Polis İdarəsinin önündəki və daxilindəki kameralara baxış keçirilməsi, Xüsusi ittihamçı Nəsimi RPİ-nin rəisi Musa Musayevin dindirilməsi barədə vəsatətlərini müdafiə ediblər.

Xüsüsi ittihamçının nümayəndəsi isə vəsatətlərin təmin olunmamasını bildirib. Hakimlər fasilə elan edərək müşavirəyə gedib. Qayıdan zaman vəsatətlərin təmin olunmamasını elan ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button